Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəyanətkar yüksək vəzifəlilər və 34 general həbs edilib


Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dəniqli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb


Bu haqda “Anadolu” agentliyi xəbər yayıb. Saxlanılanların yüksək rütbəli hərbçilər olduğu bildirilir.

Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.

6 hərbçi isə sərbəst buraxılıb. Agentliyin digər məlumatına görə, həbs olunanlar İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Qiyamda iştirakda şübhəli bilinən digər hərbçilərlə bağlı istintaq davam edir.

скачанные файлы

Türkiyədə hərbi çevriliş cəhdinə görə Malatyada ikinci ordu komandanı ordu generalı Adəm Huduti, 3-cü ordu generalı Erdal Öztürk və qarnizon komandanı genral-mayor Avni Anqun saxlanılıb.

Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Bundan əlavə Türkiyənin cənub-şərqində üçüncü quru qoşunları diviziyasının komandanı, general Halil İbrahim

Adəm Huduti və Avni Anqun
Adəm Huduti və Avni Anqun

Engin ötən gecə baş verən silahlı çevriliş cəhdində günahka qismində saxlanılıb. “Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Eyni zamanda diviziyasından 2 polkovnik və 1 kapitan saxlanılıb.
Xüsusi əməliyyat zamanı Dənizli qarnizonunun generalı Kamil Azhan Özbakırın da saxlanıldığı bildirilir.

Bundan əlavə Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb

Alparslan Altan
Alparslan Altan

Dövlət çevrilişi cəhdi edən keçmiş Havaqüvvələri komandanı, general Akın Öztürkdə saxlanıdıb. İişğtişaşa qalxan Hərbi hava qüvvələrinin əsgərləri də silahlarını təhvil verərək təslim olublar. Akın Öztürkün çevrilişi planlaşdırılanlardan bir olduğu qeyd edilir.

Əməliyyatlar zamanı Huduti ilə general Angundan başqa 4-ü əsgər olmaqla 10 nəfər saxlanılıb, iğtişaşçılara rəhbərlik edən Fatih Kılınç ölü ələ keçirilib.

General Akın Öztürk
General Akın Öztürk

Türkiyədə hərbi çevrilişlə əlaqədə şübhələnən şəxslərin cəzalandırılması prosesi davam edir.

Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu 5 şura üzvünü vəzifəsinə son verib.

Bundan başqa Qurumun 2-ci dairəsi 2745 hakimin də vəzifəsini dayandırıb.

Apellyasiya məhkəməsinin 1 üzvü, 140 prokuror saxlanılıb.
Hazırda “paralel çete” adı verilən təşkilatla əlaqədə ittiham ounan digər məhkəmə hakimlərinin həbsinə də hazırlıq gedir.

151750_res_01
Türkiyənin Balıkəsir yaşayış məntəqəsində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri general-leytenant İshaq Dayıoğlu saxlanılıb.“Anadolu” agentliyinin xəbərinə görə, İshaq Dayıoğlu hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

Ümumiyyətlə “Anadolu” agentliyi xəbər verir ki, çevrilişə cəhddə günahkar olan 34 general həbs olunub.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar