Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“New York Times”: Bu razılaşma Türkiyənin uğurudur

“New York Times” qəzetində çıxan bir təhlil xəbərində qeyd olunur ki, ABŞ-la razılaşma əldə etməklə Türkiyə uğur qazanacaq...

ABŞ-ın “The New York Times” qəzeti dünən ABŞ-la Türkiyə arasında imzalanan müqaviləyə görə, Sülh Çeşməsi Hərəkatının dayanması və 120 saat müddətində YPG-nin bölgədən geri çəkilməsi ilə bağlı verilən qərarı Türkiyənin uğuru kimi qiymətləndirib.

“Türkiyə müharibəni dayandırmağa razı oldu, lakin qüvvələrini şimal-şərqi Suriyadan çəkməyəcək” başlığı ilə verilən xəbərdə qeyd olunur ki, ABŞ prezidenti köməkçisi Mayk Pens bu razılaşmanı “Prezident Tramp üçün diplomatik zəfər” adlandırsa da, Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu razılaşmanı “atəşkəs” deyil, “əməliyyatı dayandırmaq” hesab edir.

Çavuşoğlunun razılaşmadan sonra verdiyi açıqlamada deyib: “Prezidentimizin uğurlu liderliyi sayəsində istədiyimizi aldıq. Bu, Türkiyə üçün bir zəfərdir, çünki istədiyini əldə etdi və Trampın ölkəni iqtisadi sanksiyalarla təhdid etməsinin qarşısını aldı”.

Xəbərdə, həmçinin, “Respublikaçılar” Partiyasının Utah üzrə senatı və sabiq prezident namizədi Mit Romninin mövzu ilə bağlı açıqlamasına da yer verilib: “ABD diplomatik baxımdan Türkiyənin tələblərini qəbul edəcək qədər zəifdirmi?”

“2012-ci ildən etibarən Suriya hökumətinin nəzarətindən kənarda qalan və Türkiyə sərhədi boyunca uzanan ərazidə muxtar bölgə yaratmaq istəyən kürd qüvvələri Suriyadakı vətəndaş müharibəsindən istifadə edirlər”, deyən “New York Times” qəzeti əlavə edir ki, onlar (YPG) bölgədən İŞİD-i çıxarmaq üçün Amerika qüvvələri ilə ortaqlıq edərək öz ərazilərini böyüdüblər.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar