Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahunun terror siyasəti: İsrail amerikalı bir yəhudinin gözü ilə...

İsraili Netanyahunun zorakılıq və şiddətlə idarə etdiyi müstəmləkəçi bir dövlət kimi görürəm....

Viktoriya Qaqliaro-Silver
“The Independent” qəzeti, ABŞ, 15 sentyabr 2019-cu il

Yəhudi məktəbindəki sinif yoldaşlarımın 95%-i İsrailə səfər edib. Lakin geri qayıdandan sonra tanınmaz vəziyyətdə idilər. Bu halda mənim də düşüncələrim dəyişməyə başladı.

Məktəbdə “Modern sionizm” adlı bir dərsim var idi. Həm real dünyəvi bacarıqlar qazanmağıma mənə kömək edən, həm də “yaxşı bir yəhudi” olmağıma təkan verən dini məktəbdə təhsil aldığım üçün bu fənn icbari idi. Tövrat dəyərlərinə görə bizdən tələb olunurdu ki, “ana yurdumuzu” görmək üçün ildə 1 dəfə İsrailə gedib dini təhsil almalı və Tanrı ilə olan bağımızı gücləndirməliyik.

Sinfimizin 95%-i təhsil üçün İsrailə gedərək bahalı və hədsiz cinsiyyətçi seminarlarda iştirak edib. Lakin mən getmədim.

Dostlarım qayıdıb gələndən sonra əksəriyyətini tamamilə dəyişmişdi. Kişilər saqqal saxlayıb, həmişə “tzitzit” adlı dini paltar geyinirdi. Qızlar isə təkcə yubka və ya don geyinməyə başladı. Hamısı da 25 yaşına qədər evlənməyi düşünür və gündə ən azı 1 dəfə ibadət edir. Hətta sonradan bəziləri tamamilə İsrailə köçdü.

Sinif yoldaşlarım Tövratın üstündə işləyəndə mən siyasət və insan hüquqları üzrə oxumaq üçün universitetə qəbul oldum. Fələstin xalqının Levantda hər gün məruz qaldığı şiddəti araşdırdım. İsrailin real mənzərəsini tanıdım: hər nə qədər tibb və texnologuya sahəsinə yeniliklər gətirmiş olsa da, hökümətin insan hüquqlarını necə əzdiyinə şahid oldum.

Mən və sinif yoldaşlarım sionizmin haqlı olduğuna və fələstinli “düşmənlərimizin” əlindən bu torpaqları almağımızın daha ədalətli olduğuna inandırılmışdıq. Bunun səbəbini sonralar universitetdə oxuyanda başa düşdüm. Bütün bunları gənc yəhudiləri İsraildə pulsuz gəzintilərinə aparan “Birthright” kimi qruplar danışırdılar. Onların fikrincə, bu bir təzminat məsələsidir və buna görə də, İsrailin heç bir səhvi yoxdur. Dövlətin quruluş təbiətinə görə hökümətin bütün əməliyyatları başadüşülən imiş.

Bu nöqtədə başa düşdüm ki, anadangəlmə qaradərili və yəhudi bir amerikalı olaraq sırf Tanrı elə buyurduğu üçün insanların məskunlaşdığı aktiv bir ərazinin işğalını dəstəkləyə bilmərəm.

Müstəmləkəçiliyi dəstəkləmək əvəzinə, İsrail barədə olan bilgilərimə şübhə ilə yanaşmalı idim.

Fələstin qaynaqlarından aldığım məlumatlara görə, BMT İsrail müstəmləkəçiliyini hüquq pozuntusu hesab edir və Fələstin hüquqları üçün keçirilən bir aksiyada İsrail qüvvələri 30-dan çox uşağı qətlə yetirib. Qəzza xəttinin bağlanması barədə, həmçinin, fələstinlilərin İsraildə işləmək və ixtisaslı icbari tibbi yardım almaq üçün etdiyi müraciətlərin, əsasən, rədd edilməsi barədə də çoxlu yazılar oxudum. Beləliklə, yenidən oxuyaraq bir gecədə Fələstini dəstəkləyən bir yəhudi oldum.

Bu, radikal yox, rasional bir inancdır. Fələstin torpaqlarını özününkü hesab etdiyi üçün uşaqları öldürən, fələstinlilərin yemək, yaşayış və su ehtiyaclarını məhv edən bir rejimi dəstəkləmək istəmirəm.

Həm yəhudilərin, həm də Fələstin xalqının İsraildə sülh içində yaşamaq haqqı olduğuna inanıram. İsraili hansı partiyanın idarə etməsi və yaxud da siyasi hakimiyyətin bir dövlətli, yoxsa iki dövlətli olması şəxsən mənə maraqlı deyil. Bunun əvəzinə bütün insanların sülh içində yaşaması, bölgədə təşviq edilən bərabərlik və ədalət sisteminin yaradılmasını daha vacib hesab edirəm və əgər bu reallaşmasa, qətiyyən İsrailə dəstək verməyəcəyəm.

Bu məsələdə mən tək deyiləm. Əslində diasporda doğulan, ortodoks olmayan bir çox gənc yəhudinin İsraillə bir əlaqəsi yoxdur. Oranı vətənimiz hesab etmirik və Fələstin xalqına qarşı edilən zülmü qəbul etmirik. Boykot və təcrid etmək və sanksiya hərəkatı başlatmaq məqsədilə İsrailin istehsal etdiyi heç bir texnologiyadan uzaq durmağa çalışıram.

“If Not Now” (Əgər indi deyilsə) və “Jewish Voice for Peace” (Sülh üçün yəhudi səsi) adlı qruplarda toplaşan bu gənc yəhudilər inanırlar ki, əzici bir dövləti ana vətən kimi qəbul etməkdənsə, istismar edilən, İsrailə görə öz evindən məhrum edilən yerli Fələstin xalqının hüquqlarını qorumağı daha vacib hesab edirlər.

İsrailin önəmini başa düşürəm, bunu bütün yəhudilər yaxşı başa düşürlər. Lakin İsrail əleyhinə olan digər yəhudilər və mən inanırıq ki, şiddətdən şiddət yaranmalı deyil və sırf 1945-ci ildə eqoist bir diktator öldürüldüyü üçün digər yerli xalqa qarşı artıq ayrı-seçkilik edilməməlidir.

İsrail höküməti fələstinlilərin evlərini qarət etməkdən, qidanı, suyu, tibbi yardımı və elektriki məhdudlaşdırmaqdan, gənc fələstinliləri daş atdığına və ya əsgər topladığına görə həbs etməkdən əl çəksəydi, bəlkə də, başqa cür düşünərdim. Lakin İsraili hələlik Netanyahunun zorakılıq və şiddətlə idarə etdiyi, müstəmləkəçi bir dövlət kimi görürəm.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar