Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu yenidən məhkəmə qarşısına çıxarılacaq

İsraildə korrupsiya və rüşvətdə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan baş nazir Binyamin Netanyahu ilə bağlı növbəti dinləmələr 6 dekabr tarixində baş tutacaq.

PİA.az xəbər verir ki, baş nazir prosesdə şəxsən iştirak etməlidir.

Netanyahunun işi üzrə məhkəmə çərçivəsində təqribən 300 ittiham şahidinin dinlənməsi planlaşdırılır.

Bundan əvvəl, 24 mayda Qüds Dairə Məhkəməsində Netanyahuya qarşı üç ittiham üzrə ilk iclas keçirilib.

Netanyahu iclasın başlanmasından əvvəl məhkəmə binasında bildirib ki, baş nazirə qarşı sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar sağların nümayəndələri tərəfindən onun ölkədə hakimiyyətdən kənarlaşdırılması məqsədilə quraşdırılıb.

Qeyd edək ki, İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq etmişdi. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.(Report)

pia.az


Etiket: Netanyahu İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar