Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Trampa təşəkkür etdi

İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub...

Bununla bağlı “RİA Novosti” məlumat yayıb.

Telefon əlaqəsi ABŞ dövlət katibi Mark Pompeonun İordan çayının Qərb sahillində İsrail yaşayış məntəqələri barədə açıqlamasından sonra baş tutub.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Barak Obama administrasiyasının verdiyi açıqlamadan imtina edir.

Xatırladaq ki, demokratların hakimiyyəti dövründə eks-prezident Barak Obama İsrailin İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə həyata keçirdiyi məskunlaşma siyasətini beynəlxalq hüquqa zidd adlandırmışdı.

“Hökumət rəhbəri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. O, Trampa təşəkkür edərək tarixi səhvi düzəltdiyini, kiminsə sadə həqiqəti deməli olduğunu, Holan yüksəkliklərini İsrail ərazisi kimi qəbul edərək, səfirliyi Qüdsə köçürdüyünə görə minnətdarlığını ərz edib”, - hökumət rəhbərinin “Twitter” səhifəsində yazılıb.

Xatırladaq ki, İsrail yaşayış məntəqələri İordan çayının Qərb sahilində 1967-ci ildə baş vermiş altı günlük müharibədən sonra salınmağa başlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar