Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu canlı yayımda İranı ifşa etdi - Video

İsrail baş naziri Benyamin Netanyahu ötən gün sentyabrın 9-da keçirdiyi mətbuat konfransında İranın gizli nüvə proqramına dair yeni kəşfiyyat məlumatları, fotoşəkilləri açıqlayıb

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə İran Fars əyalətində, Abad şəhəri yaxınlığında məxfi obyektdə nüvə silahı işləyib hazırlayır.

Baş nazir bildirib ki, həmin obyekt barədə məlumatlar İsrailin ötən il əldə etdiyi sənədlərdə yer alır.

Xatırladaq ki, İsrail kəşfiyyatı “Mossad” ötən ilin əvvəllərində İranın məxfi nüvə arxivini oğurlayıb. Bu sənədlərin ələ keçirlməsindən sonra ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib.

Netanyahu İsrail kəşfiyyatının 2019-cu ilin iyun ayında çəkdiyi yeni kadrları nümayiş etdirib. Həmin fotolarda bir neçə tikili yer alır. Baş nazir hesab edir ki, İran həmin obyektlərdə nüvə silahı üzərində eksperimentlər aparır.

Netanyahu bundan bir ay sonra, iyulda çəkilmiş daha bir foto nümayiş etdirib. Həmin fotoya əsasən “Mossad”ın aşkarladığı obyektin məhv edildiyi görünür. “İran dərk edəndə ki, biz onun yerini müəyyən etmişik, bax belə ediblər-olar obyekti dağıdıblar, onlar onu sadəcə olaraq məhv ediblər”,-Netanyahu belə deyib.

Tehran isə İsrail baş nazirinin bu bəyanatını təkzib edib, bildirib ki, İsrail müharibə üçün “istənilən qiymətə” bəhanə axtarır.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin “Mossad” tərəfindən Tehranda aşkarlanan gizli obyektdə apardıqları təftişin nəticəsi açıqlanmışdı. Məlum olmuşdu ki, həmin obyektdə zənginləşdirilmiş uran izləri var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar