Cümə axşamı, 24 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nəşriyyat və qəzet redaksiyalarının nüsxələrini məcburi göndərəcəkləri kitabxanalar müəyyənləşib

Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nda dəyişiklik edib.

Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsinin göndəriləcəyi kitabxanalar konkret müəyyənləşib. Başqa sözlə, indiyə qədər qüvədə olan qərara əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi həmin anunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməli idi.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına və 2 pulsuz məcburi nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.

Qeyd edək ki, Qaydaya əsasən, kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:

- dövlət nəşriyyatları;

- qeyri-dövlət nəşriyyatları;

- nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

- qəzet və jurnal redaksiyaları;

  • nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

pia.az


Etiket: Qəzet


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Adil Əliyevdən Ramiz Mehdiyevə: “Çoxsaylı adam oğurluqlarının və qətllərin arxasından mən yox, siz çıxdınız”  

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat

Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal aləmdə iki "qoçu"nun başı bir qazanda qaynayacaqmı?

Vasif Talıbovun övladları Bilgəhdə 30 minə 110 sot torpaq alıblar - Şeyxin qudasından

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Azərbaycanda toyların bərpası dəqiqləşdi - Şadlıq saraylarından açıqlama

“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..

Azərbaycanda nişanlı qız intim görüntüsü ilə şantaj olunur - Fotofakt

Deputat özü-özünü təbrik etdi: Gülüş hədəfi oldu

loading...

Ən çox oxunanalar