Çərşənbə, 01 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nəsimi Festivalı Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb-Foto

Festival entyabrın 28-də start götürüb...

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-də Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb.

Trend-in məlumatına görə, saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim edilir.

Şirvanşahlar Sarayına gələrkən bu əsrarəngiz məkanın hələ də açılmayan sirləri olduğunu kəşf etmək mümkündür. Geniş otaqlar, nəhəng sütunların arxasında gizlənən zirzəmiyə dar girişlər, sanki nağıllardakı nəhənglər üçün tikilən həddən ziyadə hündür pilləli və dar dəhlizlər insanda belə təəssürat yaradır.

Xəlvətiyyə təriqətinin əsas simalarından olan Seyid Yəhya Bakuvinin türbəsi bu sarayda yerləşir. Xəlvətiyyə dünyadan təcrid üsuludur ki, özünü tanıma və dərk etmək mərhələlərindən keçərək, ruhun bədənlə qovuşması üçün uzun müddət tərki-dünya olunur.

Sərgi iştirakçılarının əsərləri məhz bu şəkildə saray kompleksinin otaqları və dəhlizlərində yerləşdirilib və sanki izləyicini gizli mənəvi mesajı tapmağa dəvət edir. Bu mədəniyyət abidəsinin sərgi məkanı kimi seçilməsi təsadüfi deyil - əsərlər bu yerin hekayələrini izah edir, qədim daşlarda saxlanan xatirələrə bədii şəkildə şərh verir.

Bu sərgi “Reinkarnasiya” incəsənət layihəsinin ideyasından irəli gələrək yaradılıb. Layihə müasir incəsənət vasitəsilə Azərbaycanın mədəni irs abidələrini yenidən canlandırmaq məqsədi daşıyır.

Sərgidə ölkəmizdən Aydan Mirzəyeva, Aysel Əmirova, Eldar Babazadə, Elşən Qaraca, Elşən Sərxanoğlu, Samir Ramazanov, Tural Muxtarzadə, İrandan Habib Saher, Özbəkistandan Sayyora Muin, Türkiyədən Yesim Ağaoğlu əsərləri nümayiş olunub.

Sərgi çərçivəsində, həmçinin İçərişəhərin tarixi divarlarında İmadəddin Nəsiminin 50 beyti QR kod ilə öz əksini tapıb. Müəllifi azərbaycanlı vizual dizayner Timur Əmirxanovdur.

“İrfani sirlər” adlı sərgidə

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır.

Oktyabrın 1-dək keçiriləcək tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hansı kreditlərə 3 aylıq güzəşt olunacaq? - İqtisadçı açıqladı

Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

Səfər Mehdiyev adam öldürən xalası oğluna töhmət verdi - Foto

Ancaq əmək müqaviləsi olanlara maddi yardım ediləcək - Açıqlama

Koronavirusdan zərər görən vətəndaşlara ödəniləcək təzminatın məbləği açıqlandı

Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"

Zaur Paşayevdən koronavirusa qarşi "unikal qorunma üsulu" - Liftin düyməsini ayaqla sıxır -Video

“Belə gedərsə, xəstəlik geniş vüsət alacaq” - İlham Əliyev

Mikayıl Cabbarov Prezidentin ayırdığı 1 milyardın hara xərclənəcəyini açıqlayıb

loading...

Ən çox oxunanalar