Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərminin dəhşətli qətli: Plastik torbada yandırıldığı yerə gətirilib, qatil dırnaqlarını kəsib ki...

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub...

Pataloji anatomiya mütəxəssisləri noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəb və vaxtını müəyyən edib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş bölgəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.

Məhkəmə-tibbi ekspertizası təcavüz faktını təyin edə bilməyib, çünki öldürülən uşağın beldən aşağı hissəsi tamamilə yanıb.

Cinayətin digər təfərrüatı da müəyyən edilib - Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb.

İstintaqçılar təxmin edirlər ki, bütün bu müddət ərzində uşaq Dondar Quşçu kəndinin ərazisinə yaxın hansısa evin zirzəmisində saxlanılıb. Çünki Nərminin meyitinin tapıldığı yerdə avtomobilin təkərlərinə aid heç bir iz tapılmayıb.

Lakin qatilin qurbanın cəsədini tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alınıb. Əvvəl cinayətkar cəsədi plastik torbaya yerləşdirib. Daha sonra, məlum olduğu kimi, onu evinin yaxınlığındakı yolun kənarında yandırıb.

Uşağın vəhşicəsinə öldürülməsində kimin əli olduğunu söyləmək hələ mümkün deyil. Hazırda müstəntiqlər kəndin ətrafında talesiz Nərminin saxlandığı yerlərdə axtarış aparırlar.

Uşağın dırnaqlarının kəsili olmasına əsasən, istintaq-əməliyyat qrupunun üzvləri bu qənaətə gəliblər ki, qatil bunu qurbanın cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.

Qeyd edək ki, bu günə qədər qohumların şübhəli və ziddiyyət doğuran ifadələr verməyiblər. Hazırda müstəntiqlər dəlil və sübutlara əsasən axtarışları davam etdirir.

Yanvarın 7-də Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi meyiti ilk tapan şəxsin Quliyevin qonşusu İlkin Süleymanov olması barədə ortaq mesaj yayıb.

Yanvarın 8-də öldürülən qızın qalıqları dəfn edilib.

Nərmin Quliyeva 21 noyabrda, saat 15:00-da qonşuların qeyd etdiyi toy şənliyi zamanı yoxa çıxıb. Sonuncu dəfə onu dayısı Lətif Quliyevin evində görüblər.(oxu.az)

pia.az


Etiket: Nərmin qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar