Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərmini qətlində günahlandırılan İlkin Süleymanovun apellyasiya şikayəti təmin olunmadı

İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı məlumatlar yayıldı...

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun həbsdən azad edilməsilə bağlı redaksiyamıza məlumat daxil olub...

PİA.az xəbər verir ki, "Ölkə.Az"ın əməkdaşı daxil olan xəbərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O bildirib ki, qardaşının apellyasiya şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində iclas keçirilib. Onun azadlığa buraxılmasıyla bağlı vəsatət isə təmin edilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar