Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Neoconlar İranla müharibə etmək istəyirlər – Olacaqmı?..

Neoconlar, Bolton və Netanyahu Trampla İran arasında müharibə yaratmaq istəyirlər...

Abdullah Muradoğlu,
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 may 2019-cu il

Donald Tramp Adminstrasiyasının Bəsrə körfəzinə “Abraham Linkoln təyyarə daşıyan gəmisi” ilə birlikdə “B-52” kimi tanınan bombardman təyyarələri göndərməsi ABŞ-la İran arasında müharibə olması ehtimalını gündəmə gətirib. ABŞ ancaq böyük bir təhdidə qarşı belə bir qüvvəni hərəkətə keçirə bilərdi. Buna görə də, mütəxəssislər Tramp rəhbərliyinin əlində sözügedən təhdidlə bağlı real və etibarlı bir məlumat olub olmadığını araşdırırlar.

Trampın Milli Təhlükəsizlik Müşaviri Con Bolton bildirib ki, ABŞ “Geniş Orta Şərq” sahəsindəki “Mərkəzi Qüvvələr Komandanlığı”nın (CENTCOM) əmrinə böyük bir hərbi qrup göndərib. Patrik Şanahanın açıqlamalarından bir gün sonra Boltonun açıqlama verməsi çox diqqət çəkir.

ABŞ-ın hərbi komandirliyində yer almayan, hətta vəzifələndirilməsi belə Senatın nəzarətindən kənarda qalan Milli Təhlükəsizlik Müşavirinin Müdafiə Nazirini bu şəkildə kölgədə buraxması ilə bağlı müzakirələr gedir. Çox əvvəldən İranla bağlı narahatlığı olan Boltonun sözügedən elanı şəxsən verməsinin səbəbi də bəllidir. İsrailin ABŞ-dakı ən yaxın müttəfiqi olan Bolton Obama tərəfindən imzalanan “İran Nüvə Sazişi”nin də ən şiddətli tənqidçisi idi.

Trampa Boltonu bu vəzifəyə məsləhət görə şəxsin qumarxana sahibi, milyarder Şeldon Adelson olduğunu demişdik. “İsrail lobbisi”nin öndə gedən maliyyəçilərindən olan Adelson Trampın prezident seçilməsi üçün də çox pul xərcləyib. “Adelson ailəsi” İsraildə Binyamin Netanyahunun da ən böyük dəstəkçisidir. Trampın “100 illiin müqaviləsi” kimi ifadə etdiyi “Orta Şərq Sülh Planı”nı vaxtından əvvəl nəşr edən “İsrael Hayom” qəzeti Adelson tərəfindən alınaraq Netanyahunun əmrinə verilib.

ABŞ səfirliyinin Qüdsə köçürülməsində və “İran Nüvə Sazişi”nin ləğv edilməsində de Adelsonun böyük rolu var. Yəni Adelsonun Tramp üzərində bu cür təsiri var.

Nüvə sazişinin ləğv edilməsinin Boltonun Milli Təhlükəsizlik Müşavirliyinə təsadüf etməsi heç də adi bir hal deyildi. Adelsonun xəyallarını milli təhlükəsizlik şərtləri ilə Trampın qulağına çatdıran Boltonun məhz İran məsələsində önə çıxması da təsadüfi deyil. Bolton İranda rejim əleyhinə olan “Xalqın Mücahidləri” təşkilatı ilə uzun müddətdir ki, yaxın əlaqədədir. Bir vaxtlar ABŞ-ın terror təşkilatları siyahısında olan təşkilat indi “İran Milli Mübarizə Şurası” adı ilə fəaliyyət göstərir.

Boltondan başqa, Trampın vəkili Rudi Gilani də təşkilatın konfranslarında çıxış edib və rejimin dəyişilməsi üçün çağırışlar göndərib.

İran Nüvə Sazişinin dağılması İrana qarşı sanksiyaların ağırlaşdırılması, İran İnqilab Keşikçiləri Ordusunun terror təşkilatları siyahısına daxil edilməsi və sonuncu dəfə Bəsrə körfəzinə hərbi qüvvə göndərilməsi uzun müddətdir planlanan ssenarinin necə həyata keçirildiyini göstərir.

Bolton bildirib ki, İranın bölgədəki ABŞ qüvvələrinə qarşı hücum hazırlaması ilə bağlı məlumat verildiyi üçün Bəsrə körfəzinə hərbi qüvvə göndərilib. Bu bilginin də İsrail qaynaqlarından gəldiyi ortaya çıxıb. Çünki verilən məlumatlara görə, ABŞ kəşfiyyat qurumları o dərəcə təhdid yaratmır və Körfəzə hərbi qüvvə göndərilməsinə ehtiyac da yoxdur. Buna görə də, Boltonun hədsiz şişirdilmiş bir təhdidə uyğun hərəkət etdiyi düşünülür.

Neoconlar, Bolton və Netanyahu Trampla İran arasında müharibə yaratmaq istəyirlər. Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salman və Əbu-Dabi vəliəhdi şahzadə Məhəmməd ibn Zayed də bu müharibə koalisiyasına daxildir. ABŞ-ın İraqı işğal etmək üçün bəhanəsi Səddam Hüseynin guya kimyəvi silaha malik olması idi. İsrail tərəfindən dəstəklənən bu bəhanənin bir oyun olduğu sonradan ortaya çıxdı. Trampın “İran Nüvə Sazişi”ndən çıxmasına əsas kimi göstərilən iddiaların qaynağı da İsrail idi.

Həmişə eyni şeylər baş verir və son hadisədə də vəziyyət çox fərqli deyil.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...