Şənbə, 10 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Neo-imperailizmə sığınan rus kommunistləri - Onlar Putinlə eyni gəmidədirlər...

Züqanov Qərbin Rusiya imperiyasını, SSRİ-ni və Rusiya Federasiyasını sevmədiyini vurğulayıb. O, yanvar ayında keçirilən bir partiya iclasında Qərbin Navalnı üzərindən Rusiyaya qarşı yeni bir səlib yürüşü başlatdığını bildirib...

Mehmet Perinçek
“The Independent” qəzeti, 5 mart 2021-ci il

Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) Sovet İttifaqının dağılmasından bəri ölkədəki əsas müxalif partiyadır. RFKP Qərbə təslim olan və liberal siyasəti ilə ölkəyə böyük ziyan vuran Yeltsinin dövründə iqtidara qarşı idi.

RFKP Putin dövründə də əsas müxalifət mövqeyini qorudu. Ancaq Yeltsin dövründən fərqli olaraq, Kremlin Qərb təhdidinə qarşı qətiyyətli mövqeyini dəstəklədi və hətta Qərbin iqtidarı çətin vəziyyətdə qoyan, müxalifətə “dəstək” vermək kimi görünən addımlarına da qarşı çıxdı.

RFKP və lideri Genadiy Züqanov Rusiya ordusunun, xüsusən də Suriyadakı sərhədyanı əməliyyatları və hərbi varlığını dəstəklədi və Krım məsələsində Putinin yanında oldu. Xüsusilə Baydenin ABŞ-da hakimiyyətə gəlməsi ilə birlikdə Züqanovun bu istiqamətdəki addımları daha da kəskinləşdi. Atlantik təhlükəsi və Rusiyanın milli maraqları ana müxalifət partiyasının liderinin iqtidarla birlikdə hərəkət etməsinə səbəb oldu.

Putinin ABŞ qarşısındakı təşəbbüsünə maksimum dəstək

Buna aid son nümunələrdən biri də Rusiya parlamentinin aşağı palatası Dumada fraksiyaları olan partiyaların liderlərinin Rusiya prezidenti Vladimir Putinlə son video konfransında baş verdi. İclasda RFKP lideri ABŞ təhdidini daxili rəqabətdən önə çəkib, Bayden təhlükəsinə işarə edib və Kremlin ölkənin suverenliyini qorumaq üçün etdiyi strateji təşəbbüsü dəstəkləyəcəyini bildirib.

Züqanovun sözləri ilə desək, Bayden Rusiyanı əsas düşmən elan edib. Züqanov çıxışında təbliğat məqsədi daşıyan təxribatlar qarşısında hazırlıqlı olmalarının vacibliyini qeyd edərkən: “Rusiyaya xarici təzyiqlər artacaq, bunun üçün sosial həmrəyliyi təmin etməliyik”, deyə də əlavə edib.

“Seçkilər cəmiyyəti bölməyə yox, birləşdirməyə xidmət etməlidir”

Kommunist Partiyasının lideri Putinlə videokonfrans sonrası görüşün nəticələri barədə mətbuata danışarkən Rusiyanın beynəlxalq aləmdəki nüfuzunu vurğulayıb və Rusiyaya qarşı yalnız xaricdən deyil, daxildən də müharibə elan olunduğunu vurğulayıb. Navalnı hərəkatlarına da toxunaraq, ölkənin Moskva küçələri üzərindən diqqətini yayındırmaq və sabitliyini pozmaq istədiklərini bildirib. Kommunist lider, həmçinin xaricdəki rus dünyasının da hücumlara məruz qaldığını və qorunması üçün tədbirlər görülməli olduğunu qeyd edib.

Lakin Züqanovun fikrincə, payızda keçiriləcək Duma seçkiləri də cəmiyyəti parçalamağa deyil, birləşdirməyə xidmət etməlidir.

Dövlətçi-vətənpərvər yanaşma

Züqanov Putin hökumətinin xarici təhlükəyə qarşı təşəbbüsünü dəstəkləsə də, Qərbin Rusiyanı Navalnı və narıncı hərəkat ilə dizayn etmə layihələrinə qarşı açıq münasibət göstərib. Navalnının zəhərləndiyi dövrdə də kommunist lider Rusiyada iki yanaşmaya işarə etmişdi: dövlətçi-vətənpərvər yanaşma və Navalnı tərəfdarlarının liberal-oliqarxik yanaşması. Züqanov o dövrdə Navalnını “ayıq, gənc Yeltsin” olaraq xarakterizə etmişdi.

Qərbin “Navalnı layihəsi”nə münasibət

Züqanovun bu münasibəti Baydenin Ağ Evə keçməsindən sonra Rusiyada ortaya çıxan və birbaşa Putini hədəf alan Navalnı etirazları zamanı da davam etdi. Züqanov 19 fevralda Dumada etdiyi çıxışında adını belə çəkmək istəmədiyi Navalnının bir ABŞ kuklası olduğunu və Qərbin ən azı 4 kəşfiyyat təşkilatı tərəfindən istifadə edildiyini söyləmişdi.

RFKP lideri qəzetlərə verdiyi açıqlamada da Navalnını “ölkəni yandırmağa gələn bir xain” olaraq xarakterizə etmiş və dövlətin buna qarşı hər cür tədbir almalı olduğunu vurğulamışdı. Züqanov Navalnı etirazlarına qatılanlar barədə “yalnız beyni qarışıq olan insanlar bir xainin ardınca gedərlər”, demişdi. Züqanov yaşı 18-dən az olan uşaqların bu etirazlarda iştirak etməsini də faşistlərin qadınları və uşaqları minalı əraziyə sürgün etməsinə bənzətmişdi.

Baydenin bu hərəkatlardakı rolunu vurğulayan rus siyasətçi Qərbin Rusiya imperiyasını, SSRİ-ni və Rusiya Federasiyasını sevmədiyini vurğulayıb. Yanvar ayında keçirilən bir partiya iclasında Züqanov Qərbin Navalnı üzərindən Rusiyaya qarşı yeni bir səlib yürüşü başlatdığını bildirib.

“Partiya daxilindəki Navalnı tərəfdarları atılmalıdırlar”

Züqanovun Navalnı barədəki bu yanaşması partiyadaxili nizamda da əks olunub. Züqanov partiyasının Moskva üzrə birinci katibi Valeri Raşkini Navalnını dəstəkləyən açıqlamalar verdiyi üçün partiyadan çıxarmaqla təhdid edib və onun xain olduğunu, Navalnıdan bir qəhrəmanın çıxarılmayacağını vurğulayıb.

Züqanovun sözləri ilə desək, bunu anlamayanlar partiyadan xaric ediləcəklər. Kommunist liderin fikrincə, 1990-cı illəri təkrarlamağa çalışan liberal inqitama yol vermək olmaz və hamı partiya proqramını izləmək məcburiyyətindədir.

Züqanov Belarusdakı etiraz aksiyaları zamanı ölkə prezidenti Aleksandr Lukaşenkonu da dəstəklədiyini bildirmişdi.

Bayden “öz müxalifətini” yarada bilmədi

RFKP lideri Züqanovun hökumətə qarşı tənqidlərini nəzərə alaraq qeyd etməliyik ki, Putin də ABŞ təhdidinə qarşı milli cəbhəni sağlam tutmağa, daxili çöküşə yol verməməyə və ölkənin siyasi-ictimai qollarını birləşdirməyə çalışır.

Məsələn, Putin RFKP Mərkəz Komitəsi Rəyasət Heyətinin üzvü Andrey Klıçkovu Orlov bölgəsinin qubernatoru təyin etmişdi. Putin pandemiya prosesində də müxalifət partiyaları ilə koordinasiyalı bir iş apardı. Ağ Ev bu şərtlər altında Rusiyada “öz müxalifətini” yarada bilmədi və Navalnı aksiyaları da qısa bir müddətdə sona çatdı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

“İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

Rusiya kəşfiyyatı: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür...” 

“Siyavuş Novruzovun Nəcməddin Sadıkovla Rövşən Əkbərovu müdafiə etməsi xeyli suallar doğurur”

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Azərbaycan çempionu koronavirusdan dünyasını dəyişdi

Türkiyə ABŞ hərbi gəmilərilə bağlı Rusiyanı xəbərdar edib

Millət vəkili Aqil Abbas toy qadağasına qarşı çıxdı – Təkbətək

Ən çox oxunanalar