Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - Video

Filippinin Mindanao adasında piton udmuş nəhəng kobra öldürülüb...

Bu barədə “Newsflare” xəbər verib.

Yerli sakinlər ilanı çəltik sahəsində müəyyən ediblər. Onun ağzından hələ də tam uda bilmədiyi şikarının quyruğu görünürdü. Sürünənin özünün uzunluğu 3,6 metr idi.

Sakinlər ilanı öldürərək yarıblar. Onun daxilindən müxtəlif mənbələrə görə 2,4-3,3 metr uzunluğunda piton aşkar edilib.

“Bu yerlər ilanlarla doludur, ancaq piton yeyən kobra ilə ilk dəfədir rastlaşırıq”, - deyə sakinlərdən biri bildirib.

Şahidlər öldürülən ilanı Filippin kobrası adlandırıblar, lakin bu növün nümayəndələrinin uzunluğu 1,6 metri keçmir. Bundan başqa Filippində uzunluğu 57 metrə çatan Kral kobraları da var.

Torlu piton dünyanın ən böyük ilanı sayılır. Onların uzunluğu 7 metri keçir. Meymunlar, xırda cütdırnaqlılar, gəmiricilər, quşlar və digər sürünənlərlə qidalanırlar. Tez-tez ev heyvanlarına, o cümlədən itlərə, keçirlərə və donuzlara hücum edirlər.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Piton kobra

Şərh yazın.


loading...

Ən çox oxunanalar