Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Neftin qiymətləri yenidən artmağa başladı

Dünya neft bazarındakı qiymətlər riskli ovqatın dəstəyilə yenə artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13.12-yə olan vəziyyətə görə “Brent” markalı neftin sentyabr fyüçersləri 0,76 % bahalaşaraq 72,78 ABŞ dollarından, “WTI” markalı neftin sentyabr fyüçersləri də 0,84 % bahalaşaraq 70,89 ABŞ dollarından satılıb.

Qeyd edək ki, qiymətlər dünən 4,1-4,2 % artdıqdan sonra bu gün səhərki hərraclarda əks təsir nəticəsində 0,5 % azalmışdı. Dünənki bahalaşma ABŞ-da ötən həftə neft ehtiyatlarına dair məlumatlarla bağlıdır. Belə ki, həftə ərzində 4,5 milyon barel azalacağı gözlənilən həmin ehtiyatlar birdən-birə 2,1 milyon barel artıb. Hasilat həcmi isə əvvəlki həftə olduğu 11,4 milyon barel səviyyəsində qalıb.

“COVID-19-un daha yoluxucu ştammı ilə bağlı makroiqtisadi gözləntilərin əksər hissəsinə bazarda diqqət yetirilmir. Hətta həftəlik rəqəmlərin zəifliyi belə neft qiymətlərinin davamlı artımına əngəl olmadı”, – deyə “Citi”nin eksperti Eduard Mors “WSJ”yə bildirib.

Bütövlükdə dünya bazarında üstün olan riskli ovqat fond bazarındakı artımlarla da təsdiq olunur. Belə ki, ABŞ-ın əsas fond indeksləri dünən 0,8-0,9 %, Asiya bazarlarındakılar 1,8 %, Avropada isə 0,2-0,8 % artıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

17 yaşında ərər verilən Fəridənin 12 illik evliliyi qətllə bitdi

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verib

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Ən çox oxunanalar