Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti Azərbaycanın beynəlxalq kredit reytinqinə təsir göstərməyib

Dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz” (Standard and Poor’s) agentliyi neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib...

Maliyyə Nazirliyindən verilən məlumata görə, həmin qiymətləndirmə Azərbaycan Respublikası üçün də aparılıb.

26 mart 2020-ci il tarixində “Standard ənd Purz” agentliyinin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” saxladığını təsdiq olunub.

Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta etiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.

Məlumat üçün bildiririk ki, “Standard ənd Purz” agentliyi ənənəvi olaraq ildə iki dəfə, yanvar və iyul aylarında Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirilməsini aparır və ən son qiymətləndirmə cari ilin 25 yanvar tartixində həyata keçirilib və müvafiq hesabat agentlik tərəfindən dərc olunub.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar