Bazar ertəsi, 01 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Neftin qiyməti 10-15 dollara düşə bilər

Dünyanın neft bazarında böhran getdikcə dərinləşir...

Arxada qoyduğumuz həftənin son iş günü birjalarda kəskin qiymət ucuzlaşması ilə yekunlaşıb. Londonun ICE birjasında Brent markalı neftin qiyməti 6,61 faiz(1,74 dollar) ucuzlaşaraq 24,60 dollara düşüb. Nyu-Yorkun NYMEX birjasında isə WTI nefti 5,66 faiz(1,28 dollar) dəyər itirərək 21,32 dollara satılmağa başlayıb.

Martın sonunda OPEK+ razılaşmasının müddəti bitir və ona qoşulmuş əksər ölkələr aprelin əvvəlindən hasilatı artırmaq planlarını açıqlayıblar. Bu isə qiymətlərin daha da azalacağı deməkdir. Hətta bəzi analitik mərkəzlər neftin 15-10 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Ötən həftə ərzində koronavirus pandemiyası ilə bağlı bazarda yaranan kəskin ucuzlaşma fonunda bir sıra mənbələrdə ABŞ, RusiyaSəudiyyə Ərəbistanının bazarı tənzimləmək üçün bir araya gələcəklərinə dair məlumatlar yayılmağa başladı.

ABŞ-da konqresmenlər Prezident Administrasiyasının neft bazarına müdaxiləsini tələb etdilər. Daha sonra ABŞ hökumətinin bir sıra strukturlarının Səudiyyə Ərəbistanı ilə təmaslara başladığı məlum oldu. Belə ki, ABŞ-ın Texas ştatında neft hasilatını tənzimləyən qurumun komissarı Rayan Sitton öz Twitter hesabında OPEK baş katibi Məhəmməd Burkindo ilə dünya neft tələbatı və təkliflə bağlı müzakirələr apardıqlarını yazdı: “Dünya tələbi və təkliflə bağlı əla söhbət etdik. Biz hamımız razıyıq ki, iqtisadi stabilliyi təmin etmək, koronavirus infeksiyasının təsirlərindən azad olmaq üçün beynəlxalq razılaşma bağlanmalıdır”. Komissarın yazdığına görə, Məhəmməd Burkindo onu OPEK-in növbəti toplantısında iştirak etməyə dəvət edib.

«The Wall Street Journal»bu xəbəri ABŞ şist neft istehsalçılarının dünyanın üç nəhəng neft hasilatçısı arasında ziddiyyətləri, Rusiya ilə Səudiyyə arasındakı münaqişəni aradan qaldırmaq üçün OPEK-lə dialoqa başlamaları kimi qiymətləndiridi. Doğrudan da, bir neçə gün sonra Rayan Sitton neft bazarına tənzimləyici müdaxilə ilə bağlı Rusiyanın energetika naziri Aleksandr Novakla danışmaq istəyini bəyan etdi.

Lakin həftəsonunda məlum oldu ki, Səudiyyə ƏrəbistanıRusiya arasında digər ölkələrin OPEK+ formatına cəlb olunması, neft bazarının birgə balanslaşdırılması ilə bağlı hər hansı müzakirə aparılmır. Bunu Krallığın Energetika Nazirliyindən “İnterfaks”a deyiblər. Nazirlikdən həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı artıq aprel ayı üçün gündəlik 9,8 milyon barel deyil, 12,3 milyon barel neft satışına dair müqavilələr imzalayıb.

Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin isə bildirib ki, hazırda neftin qiymətinin aşağı düşməsində əsas rolu koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi durğunluq oynayır. Onun sözlərinə görə, OPEK+ razılaşmasının pozulması qiymətləri ən pis halda 5-7 dollar sala bilərdi: “Hazırda neftə olan gündəlik tələbat 15 milyon barel azalıb, yaxın həftələrdə bu, 20 milyon barelə çatacaq. Bu azalma hasilata təklif olunan məhdudlaşma ilə qətiyyən düzgün gəlmir”.

Sorokin onu da bildirib ki, hazırda bazar üçün ədalətli qiymət 45-55 dollardır. Bu qiymət tələbin artmasına şərait yaratmaqla bərabər şist neft hasilatını artırmağa imkan vermir. Onun fikrincə, pandemiyaya görə baş verən 25 dollarlıq azalma olmasaydı, hazırda qiymətlər məhz bu civarda olardı.

O, həmçinin qeyd edib ki, OPEK+ təkbaşına bazarın balanslaşdırılmasını həyata keçirə bilməz. Çünki bu zaman effekt az, hasilatda itkilər isə çox olacaq: “Əgər bu, dünya bazarının problemidirsə, onda balans yaradılmasında daha çox ölkələr iştirak etməlidilər”.

«Bloomberg» agentliyinin yaydığı məlumata görə, dünya tələbdən artıq hasil edilən neftin saxlanması üçün anbar çatışmazlığı təhlükəsi ilə üzləşməkdədir. IHS Markit konsaltinq şirkətinin hesablamaları göstərir ki, tələb və təklifin hazırkı inkişaf templəri ilə 2020-ci ilin birinci yarısının yekununda dünyada anbarlarda saxlanmalı olan neftin həcmi 1,8 milyard barelədək artacaq. Mövcud anbarların tutumu 1,6 milyard barel olduğuna görə artıq iyundan etibarən istehsalçılar məcbur qalıb hasilatı azaldacaqlar.

Martın 26-da Pakistan neft və yanacaq idxalını qadağan edib – anbarlar tam dolub.

Dünyanın iki aparıcı treyder şirkəti olan «Vitol Group» və «Gunvor Group»dan bildirilib ki, bir sıra treyderlər dənizdə neft saxlamaq üçün supertankerlər sifariş etməyə başlayıblar.

IHS Markitin analizinə görə, dünyanın 3 ən böyük neft hasilatçılarından ən az anbara Rusiya malikdir – təxminən 8 günlük hasilatını saxlaya bilər. Səudiyyə Ərəbistanı 18 günlük, ABŞ isə 30 günlük hasilatını anbarlarına yığa bilər. Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyada isə olan anbarlara cəmi 1,5-günə tamamilə dolar.

Dünyanın ən böyük neft idxalçısı olan Çin yanvar-fevralda neft anbarlarına gündə 2,5 milyon barel neft vurub. Bu ölkənin hələ bir neçə ay anbarlara neft yığmaq üçün potensialı var. Problem ondadır ki, Çin pandemiyanın təsirlərindən sürətlə çıxsa da, onun məhsullarının bazarı olan Avropa və Amerikada vəziyyət getdikcə pisləşir. Bu regionlarda iqtisadi durğunluq qaldığı müddətdə Çinin məhsul istehsalını artırması mümkün deyil – bazar olmadığına görə. Bu baxımdan, dünyada iqtisadi fəallığın bərpa olunması- ardınca neftə tələbatın artmağa başlaması ən azı yaxın 1-2 ayda real görünmür.

Bu vəziyyətdə üç böyük hasilatçının – ABŞ, RusiyaSəudiyyə Ərəbistanının neft bazarında vəziyyəti tənzimləmək üçün bir araya gəlməsi mümkündürmü? Sualı cavablandıran enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Musavat.com-a dediyinə görə, qeyd olunan 3 ölkə dünya bazarındakı təklifin 35-36 faizini təmin edirlər: “Bu baxımdan, əlbəttə ki, bu üç ölkənin birgə addımları bazara təsir etmək gücündədir. Hətta mən deyərdim ki, bazarlarda ciddi dönüş yarada bilər bu ölkələr. Lakin mən hesab etmirəm ki, hazırkı şəraitdə nə Rusiya ilə Səudiyyə Ərəbistanı bir-birini qane edəcək addımlar atmağa hazırdırlar, nə də ki, ABŞ-la Rusiya bu məsələdə yaxın perspektivdə hansısa ortaq məxrəcə gəlmək imkanındadırlar. Mənim baxışım belədir ki, Rusiya OPEK+ formatından çıxmaqla öz gücünü göstərmək istəyirdi. Səudiyyə də atdığı addımlarla ruslara göstərmək istəyir ki, sənin gücün haracandır. İstəsəm səni qapıma gətirə bilərəm. İndi belə bir vəziyyətdə qızıl ortanı tapmaq ki, Rusiyaya münasibətdə bu beynəlxalq çevrədə geriya addım kimi qələmə verilməsin, Səudiyyə ilə bağlı da həmçinin. İkinci bir tərəfdən, Rusiyanın bu addımınə Kremlə yaxın şərhçilər belə izah edirlər ki, hasilatın azaldılması bizim bazar payımızı kiçildir, biz aşağı qiymətlərə dayanıqlıyıq. ABŞ-ın şist neft istehsalçıları isə bir müddətdən sonra davam gətirməyib hasilatı azaldacaqlar, bazardan çıxacaqlar. Yəni bu yanaşma ilə bu üç oyunçunun hansısa mövqe uzlaşmasına gedəcəyi hələ ki real görünmür”.

Ekspert hesab edir ki, aprel ayı boyunca 3 böyük neft hasilatçısının bazara təzyiqləri saxlamaqla, bir-birinin zəif nöqtələrini tapmağa çalışması daha realdır: “Bundan sonra mayın axırlarında OPEK çərçivəsində müəyyən mülayimləşmələr ola bilər. Yəni bazarı stabilləşdirməyə yönəlik addımlar atıla bilər. Üstəlik, COVID-19 pandemiyasının pik həddinin aprelin ortalarında olacağı, ondan sonra azalmaya doğru gedəcəyi və dünya iqtisadiyyatındakı durğunluğun tədricən aradan qalxacağı gözlənilir. Bu zamansa artıq bazara müdaxilə olmadan belə tələbin artması qiymətləri öz ardınca yuxarı çəkəcək. İndiki qiymətlərə təsir edən bir çox amillər var, onlardan biri də qeyri-müəyyənlikdir”.

Bu şəraitdə OPEK+ razılaşması bitəndən sonra – aprelin əvvəlində hasilat artırılarsa, qiymətlər daha da ucuzlaşa və iki ay belə qala bilərmi? İ.Şaban bunu real saymır: “Biz görürük ki, dünya artıq martın 17-dən yəni 10 gündən çoxdur ki, neftin orta hesabla 26,5 dollar qiymətində alqı-satqısına öyrəşib. Apreldə bu qiymətlərin bir qədər - 30-u keçmə həddi- artımına ümid var, niyə ? Çünki Çin aprelin 8-dən karantin rejimindən çıxır, bu, bazara müsbət siqnal olacaq. Düzdü, aprelin ilk həftəsi bazara neqativ xəbərlər də artacaq : Rusiya və Səudiyyənin neft hasilatını artırması. Bu, ilk günlər nefti 25-dən də aşağı sala bilər. Yəni biz yaxın 2 həftədə neft bazarında kəskin ucuzlaşma və artımı müşahidə edə bilərik. Hər şey bazara yönələn bu informasiyaların şiddətindən asılı olacaq”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: neft böhran

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi" - Fəzail Ağamalı

İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır

Tahir Məmmədov və komandasının korrupsiyası - Faktlar... Video

Spiker-dən YAP-çı depuata: "30 ildir niyə bu məsələni qaldırmırdınız?"

"Bir almaya satılan kişidən nə gözləyirsiz?"- Elza Seyidcahan

İcra başçısı müavinini işdən çıxardı - Foto

O “həzin musiqi səsi" hələ də qulağımda səslənir... - Əfsanə Kamilova  

Ölkədə koronavirusla bağlı son vəziyyət - TƏBİB

Yeni Baş Prokuror İsfəndiyar Axundova güzəşt tanımadı: iş adamı ilə bağlı araşdırma başlandı

loading...

Ən çox oxunanalar