Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qara günləri aprelin əvvəlindən başlayacaq, 20 dollardan da aşağı düşə bilər

“Neftin indiki qiymətinə koronavirusun təsiri 10-15 dollardır. Dünyada neft bolluğu yaranıb, çünki OPEC-lə Rusiyanı anlaşmanı dayandırdılar, hasilatın kəskin artırılması qərarı verildi. Neftin qara günləri aprelin əvvəlindən başlayacaq, endirim qiymətləri aprelin 1-də qüvvəyə minir”

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bəzi ölkələr birjadan olan qiymətdən də aşağı qiymət təklif edirlər: “Neft bolluğu qiymətin uzun zaman aşağı olmasına səbəb olur. Tutaq ki, koronavirus məsələsi bitdi, amma neftin qiyməti aşağı salan amillər qalmaqdadır. İranla bağlı problem daim davam edə bilməz, günlərin birində həll ediləcək, sanksiyalar aradan qaldırıldıqdan sonra İran 2.5 milyon barel neft bazara çıxaracaq. Liviyada da vətəndaş müharibəsi daimi ola bilməz, müharibə bitən kimi 1.5 barel neft bazara çıxacaq. Venesuela ilə bağlı vəziyyət də uzun illər belə davam edə bilməz. Məsələ həll edilən kimi 3.5, 4 milyon barelə yaxın neft bazara çıxarılacaq. Yəni dünyada neft bolluğunun davam etməsi kifayət qədər əsaslar var. Neftin aşağı qiymətlərinin ən azı 10 il davam etməsi ehtimalı var. Təbii ki, bu həddə deyil, təxminən 40-45 dollar arasında olacaq. Nəzərə alın ki, dünyanı bəlaya salan virus məsələsi aylar çəkəcək, bu zaman neft heç kəsə lazım olmayacaq. Təyyarələr uçmursa, avtomobillər getmirsə, zavodlar işləmirsə, nefti alıb nə edəcəklər ki? Neftin qiyməti 20 dollardan da aşağı düşə bilər. Bu baxımdan Azərbaycan üçün böyük təhlükələr var. Problemlərin həllinin iki yolu var. Birincisi manatın dəyərdən düşməsi ilə valyuta ehtiyatlarını qorumaqdır, ikincisi isə Neft Fondundan daha çox istifadə etməkdir. Neft Fondu da tək bizim deyil, gələcək nəsillərindir, onlara şans saxlamalıyıq. Açığını deyim, indiki şəraitdə hökumətin yerində olmaq istəməzdim”.

pia.az


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar