Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Neftçi” “Keşlə”ni məğlub edərək 3-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb. Birinci hissə "ağ-qaralar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə "ağ-qaralar"ın yeni transferi Ramon Maçado fərqlənib. Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı hücumçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - Təfərrüat

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay