Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalanın sabiq icra başçısının həbs müddəti uzadılıb - Yenilənib 2

Səbail rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

PİA.az-ın məlumatına görə, prosesdə təqdimatlar təmin edilib.

Qərara əsasən, İ. Vəliyevin barələrində seçilən həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.(APA)

***

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev məhkəməyə gətirilib.

PİA.az-ın məlumatına görə, İ. Vəliyev barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.

Proses İlkin Rüstəmlinin sədrliyi ilə keçirilir.(APA)

***

Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı, bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan İsmayıl Vəliyev vəkilindən imtina edib.

PİA.az-ın xəbərinə görə, sabiq icra başçısı vəkilini dəyişib. İ. Vəliyev vəkil Əyyub Ələkbərovla bağlanmış müqaviləyə xitam verib. O, artıq hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayıb.(APA)

***

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

PİA.az-ın xəbərinə görə, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar