Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçaladakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb

Neftçala-Xolqarabucaq yolunda "Mercedes” və "Lexsus” markalı minik maşınlarının qarşı-qarşıya toqquşması nəticəsində ağır xəsarət alan "Mercedes”in sürücüsü, 35 yaşlı Habil Əbülfət oğlu Həşimov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində "Lexsus”un sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, "Mercedes”in sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində dünyalarını dəyişib.

Qəzada xəsarət alan daha 2 nəfər isə Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

pia.az


Etiket: Neftçala qəza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar