Neftçala rayonunun Cəngən kəndində bədbəxt hadisə baş verib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kəndin 35 yaşlı sakini Vasif Məzahim oğlu Nəcəfov həyətindəki iri tutumlu su hovuzunu doldurduqdan sonra yanından çəkilməmiş hovuz qəflətən suyun təzyiqindən dağılıb. Hadisə nəticəsində hovuzun daşları ev sahibinin baş nahiyəsinə ağır xəsarət yetirdiyindən, o dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
pia.az