Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada hansı əməliyyat keçirilib? - İsmayıl Vəliyev nəyin güdazına gedib?

Dünən xəbər yayılıb ki, DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirib və bir neçə şəxsi həbs edib...

Bu xəbərin ardından belə bir məlumat da yayıldı ki, əməliyyatın keçirilməsinə səbəb rüşvət amili olub və icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən yaxalanıb.

Məsələ ilə bağlı DTX da məlumat yayıb. Həmin məlumatda əməliyyatın keçirildiyi, bəzi vəzifəli şəxslərin rüşvət aldığına dair istintaq aparıldığı, habelə həbslərin olduğu qeyd edilsə də, konkret olaraq kimlərin saxlanıldığı barədə bilgi verilməyib. Xidmətdən yalnız onu bildiriblər ki, bununla bağlı geniş açıqlama veriləcək.

Rayondan gələn xəbərlərdə isə vurğulanır ki, dünən Neftçala rayon İcra Hakimiyyətinin qarşısına bir neçə maşın gəlib və dərhal postlar qurulub. Bunun ardından isə bir qrup şəxs İcra Hakimiyyətinin binasına daxil olaraq, orada əməliyyat keçiriblər. Lakin bu əməliyyat zamanı kimlərin həbs olunduğu bilinmir. Əhali istisna etmir ki, həbs olunanlar arasında icra başçısı İsmayıl Vəliyev də var. Çünki onun fəaliyyətindən uzun illərdir narazılıq vardı. Eyni zamanda, sözügedən icra başçısı bir çox qalmaqallı məsələdə adı hallanıb.

Amma bütün bunlara rəğmən, İsmayıl Vəliyevin həbs olunub, olunmadığı müəmma olaraq qalıb. Digər tərəfədən, icra başçısının adının məsələdə çəkilməsi də səbəbsiz deyil. Ona görə ki, DTX bir müddət əvvəl AğstafaYevlaxda da anloji əməliyyatlar keçirmişdi. Həmin vaxt icra başçıları Nizaməddin Quliyev və Qoca Səmədov həbs olunmuşdular. Bununla yanaşı, onların müavinləri də saxlanılanlar arasında vardı.

Bu əsnada onu da qeyd edək ki, İsmayıl Vəliyev dünən işdən azad edilib.

Maraqlı məqam odur ki, eyni sennarinin Neftçalada keçirilən əməliyyat üçün də qeyd edirlər. Məsələn, Ağstafada icra başçısı və birinci müavini həbs olunmuşdularsa, bir neçə saat sonra Quliyevin qadın müavinini də saxlanıldığı xəbəri gəlmişdi. Neftçala İcra Hhakimiyyəti ətrafında baş verənlərdə də eyni xəbər yayıldı ki, bunun da dəqiq olub olmadığı hələ də qaranlıq olaraq qalıb. Bəs, İsmayil Vəliyev saxlanılıbsa, buna səbəb nədir? Bildirək ki, Vəliyev 15 ildir icra başçısı işləyir. Heç də zəif fiqur hesab olunmur. Onun belə yüksək vəzifəyə gəlib çatmasının səbəbkarı FHN şefi Kəmaləddin Heydərov olub. Onun ən yaxın adamlarından hesab olunan icra başçısının Neftçalaya göndərilməsi də səbəbsiz olmayıb. Məlumatlara görə, “Caspian Fish” nərə balığı istehsalı məsələsində bir sıra problemlərlə üzləşib. Bunun ardından İsmayıl Vəliyev əsas mənbə sayılan Neftçalaya etibarlı adam kimi göndərilib.

Qeyd edək ki, sözügedən şəxs heç də zəif adam hesab olunmur. Onun xeyli qohumları da vəzifə başındadır. Məsələn, Xızının icra başçısı Xəzər Aslanov Vəliyevin qaynıdır. Onun icra başçısı olmasında sözügedən şəxsin rolu böyük olub.

İsmayıl Vəliyevin bir oğli FHN-də heç də kiçik olmayan vəzifə tutsa da, digər oğlu kifayət qədər ad çıxarmış biznesmenlərdən sayılır. Bundan başqa, Kənd Təsərrüfatı naziri İnam Kərimov da, Vəliyevin yaxın qohumlarından hesb olunur.

Bəzi mənbələr İsmayıl Vəliyevin saxlanılmasını bir neçə məqamla izah edirlər. Birinci məqam odur ki, hakimiyyət daxilində mövcud olan qruplaşmalar arasında ciddi narazılıq var və bu, nəticə etibarı ilə həmin qruplara bağlı olan məmurların həbsinə gətirib çıxarıb. İkinci məqam isə odur ki, həqiqətən də bir çox rayonlarda durum dözülməzdir və problemlər yaşanmasın deyə, müəyyən tədbirlər görülür. Yəni, narazılıq çox olan rayonların rəhbərlərini bu şəkildə həbs etməklə, cəmiyyəti sakitləşdirməyə çalışırlar.

Hər halda baş verənlərin üstü bir neçə gün ərzində açılacaq və nələrin cərəyan etdiyi cəmiyyətə ağah olacaq.(JAMAZ.İNFO)

pia.az


Etiket: DTX Neftçala


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar