Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı

Kür çayının səviyyəsinin aşağı düşməsi Salyan və Neftçalada içməli su probleminin yaranmasına səbəb olub...

Artıq bir həftədən çoxdur bu məsələ barədə sosial şəbəkələrdə yazılır. Neftçalanın deputatı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da problemi dilə gətirib.

“Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.

Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb. Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəməsələr də, həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir: “Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz...

Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. "Azərsu" səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır... Gorək bu iki ayı necə yaşayacağıq...”(yenisabah)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik açıqladı

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

BŞBPİ kriminal avtoritetin dəfnində iştirak edənləri cərimələyib

Sobsan boya zavodundakı yanğın söndürülüb  - Yenilənib

Keçmiş deputat icra başçısına “artist” dedi

Kəmaləddin Heydərovun işçisi QHT sədrini ölümlə hədələyib? - Açıqlama

loading...

Ən çox oxunanalar