Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft qiymətləri kəskin şəkildə artır - Səudiyyə Ərəbistanına hücumun nəticələri...

Husilər pilotsuz təyyarələrlə Səudiyyə Ərəbistanına hücuma keçdikdən sonra Uzaq Şərq birjalarında bazar ertəsi neftin qiyməti 71 dolları keçib...

“The Independent” qəzeti, Türkiyə, 16 sentyabr 2019-cu il

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Aramco”-ya aid 2 fabrikə pilotsuz təyyarələrlə (SİHA) hücum edildikdən sonra neft qiymətlərində artım müşahidə olunub. Bu artım 1991-dəki Körfəz müharibəsindən bu yana neft qiymətlərindəki ən sərt yüksəliş hesab olunur.

Bu gün Uzaq Şərq birjaları açıldıqdan sonra “Brent” neftinin qiymətləri 18% artaraq 71 dolları keçib.

Neft qiymətləri bu sərt yüksəlişdən sonra yenidən 67 dollara düşüb.

Qeyd edək ki, şənbə günü Yəməndə üsyançı Husilərin nəzarətində olan ərazılərdən pilotsuz təyyarələr vasitəsilə Səudiyyə Ərəbistanının şərqindəki Əbqayiq və Qüreyşdə bölgələrində yerləşən fabriklərə hücum aktı keçirilmişdi.

Əbqayiqdəki “Aramco” fabrikinə edilən hücum nəticəsində yaranan dumanın kosmosdan görünüşü

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdüləziz ibn Salman qeyd edib ki, ilkin hesablamalara görə, partlayış nəticəsində 5,7 milyon barrel (şirkətin gündəlik neft istehsalının 50%-i) xam neftin tədarükünü azaldıb. Nazir ibn Salman bildirib ki, “Saudi Aramco”-ya məxsus Əbqayiq və Qüreyş neft təsisatlarında istehsal müvəqqəti olaraq dayandırılıb və itkilər fonddan təmin edilir.

Salman, həmçinin, bildirib ki, sözügedən hücum nəticəsində gündəlik 2 milyard barrel neft qazının (APG) da istehsalı dayanıb və bu, etan və digər təbii qaz növlərinin istehsalının 50%-ə qədər düşməsinə səbəb ola bilər.

“Reuters”-ə açıqlama verən bazar mütəxəssisləri xəbərdarlıq edir ki, əgər Səudiyyə Ərəbistanındakı itkilər qısa zamanda bərpa olunmasa, neftin qiyməti 100 dollara qədər qalxa bilər.

Mütəxəssislər düşünür ki, Səudiyyəyə qarşı olan bu hücum hələ uzun müddət neft qiymətlərinə mənfi təsir göstərəcək. Geosiyasi risklər yenə də neft qiymətlərinin gələcəyini müəyyənləşdirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar