Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft-qaz sənayesinin yüksəlişində Neft-Kimya Prosesləri İnstitutu rol oynayıb”

“Bir neçə gün əvvəl ölkədə “Əsrin müqaviləsi”nin 25 illiyi təntənə ilə qeyd edildi.Azərbaycanın neft-qaz sənayesi qlobal iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilib. Bütün bunlar gərgin əməyin bəhrəsidir”...

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncağında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bugünki yüksəlişdə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu əvəzsiz rol oynayıb: “Bu gün də SOCAR bu institut ilə əməkdaşlığı yüksək qiymətləndirir, bir neçə ildir ki, AMEA-nın təşəbbüsü ilə keçirilən Y. Məmmədəliyev Bakı Beynəlxalq konfransına dəstək verir. Əməkdaşlıq ildən-ilə genişlənir. Əməkdaşlıq nəticəsində 2012-ci ildən Elm Fondu tərəfindən qrant müsabiqələr də keçirilir".

O bildirib ki, bu gün Bakı Ali Neft Məktəbinin bu institutla bir binada yerləşməsi bu ali məktəbdə oxuyan tələbələr üçün böyük imkanlar yaradır: “Bu ali məktəbin tələbələri burada çalışan dünya şöhrətli nüfuzlu müəllimlərdən dərs alırlar, onların elmi savadından bəhrələnirlər”.

Sonda R. Abdullayev institutun bütün kollektivini 90 illik yubiley münasibətilə təbrik edib. Onların gələcək elmi fəaliyyətinə uğurlar arzulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar