Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Neft hasilatına dair razılaşma imzalana bilər

Bir neçə gün davam edən gərgin müzakirələrdən sonra mühüm ziddiyyətlərin üzə çıxdığı OPEC+ qrupu hasilat həcmini 2021-ci ilin yanvar ayında artırmağı nəzərdə tutan güzəştli razılaşma imzalamağa yaxınlaşıb.

“Report” “Bloombergguint”ə istinadən xəbər verir ki, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının iştirakçılarından birinin dediyinə görə, Səudiyyə ƏrəbistanıRusiya arasında hazırlanan güzəştli plan qalan iştirakçı ölkələr tərəfindən də təməl kimi qəbul oluna bilər.

Əsas müzakirələrin hasilat həcminə dair məhdudiyyətləri tədricən yumşaltmağa yönəldiyi, hasilatın mövcud ixtisar səviyyəsinin uzadılmasına diqqət yetirilmədiyi də qeyd olunur.

Bu təkliflər OPEC+ formatının iştirakçısı olan bütün ölkələr tərəfindən qəbul edilsə, 12 aprel tarixində imzalanmış mövcud razılaşmaya dəyişikliklər gətiriləcək. Mənbələrə görə, 1 yanvar tarixindən gündəlik neft tədarükü 1,9 milyon barel artırılacaq. Lakin sonrakı dövrdə də bu miqdarın saxlanıb-saxlanılmayacağı hələlik bilinmir.

Sonradan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ziddiyyətlər üzündən Komitənin iclası dekabr ayının 1-dən 3-nə keçirilib.

Razılaşmanın yeni variantında da gələn ilin birinci rübü ərzində neft bazarındakı qıtlığın davam edəcəyi gözlənilir. Odur ki, OPEC artıq yığılmış ifrat həcmdəki ehtiyatlarını tədricən satıb qurtara biləcək. Hesablamalara görə, yanvarın 1-dən hasilat həcmi 1,9 milyon barel artırılaraq həmin səviyyədə saxlanılsa, bazarda profisit yaranar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

“İlhamə Qiliyevadan sonra mənim sözüm keçir” - Afət Fərmanqızı

“Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına” – Pənah Hüseyn

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

Ən çox oxunanalar