Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Neft Fondunun dollar ehtiyatlarına qənaət etmək lazımdır” - İqtisadçıdan devalvasiyaya çağırışı

“Yuvarlaq rəqəmlərlə götürsək, bu il Neft Fondunun gəlirləri 7,8 mlrd. manat, xərcləri isə 12,5 mlrd. manat olacaq. 4,7 mlrd. manat kəsr yaranacaq və bu, ciddi rəqəmdir”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli şərh edib.

O, 2021-ci ilin büdcəsinin hələ Parlamentə təqdim edilməməsini diqqətə çəkib:

“Səbəbi məlumdur. Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Yəni gələn il büdcə xərcləri ciddi artmalıdır, bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur”.

Ekspert vurğulayıb ki, bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə, gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq:

“İnsanların alıcılıq qabiliyyəti düşdüyü üçün gömrükdən də daxil olmalar azalır və azalacaq. İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi, nə qədər mümkün idisə, o qədər "ağartdılar", deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, gömrük daha çox pul (vergi) yığsın, bu isə 2021-də mümkün deyil”.

İqtisadçı hesab edir ki, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir:

“Yəni fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə fond ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli, fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Neft Fondunun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq. Yüngül devalvasiyaya gedib (15-20%) fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır, başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik, bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə niyə gedib? - Saat yarımlıq müzakirə...

Vergilər Məcəlləsinə mühüm dəyişikliklər - Şərh

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Video

Ən çox oxunanalar