Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Neft bazarını heç bir qərar xilas edə bilməyəcək” - İqtisadçı ekspert

Dünya neft bazarındakı vəziyyət iqtisadçı  ekspert Rövşən Ağayev şərhində...

OPEC və Rusiya aprelin 6-da yenidən bir araya gələcək - son qiymət çöküşünə səbəb olan toplantıdan tam 1 ay sonra. Rusiya prezidenti görüş öncəsi maraqlı açıqlamalar verib. Deyib ki, Səudiyyə ABŞ-ın şist istehsalçılarını bazardan çıxarmaq üçün bu addıma getdi, amma Rusiyanın tərəfdaşlarına qarşı hansısa planı yoxdu. Əlavə edib ki, ABŞ qarışıq bazardakı bütün oyunçu-tərəfdaşların marağına uyğun qərar qəbuluna dəstək verməyə hazırdır, amma bir şərtlə - neftin onlara sərf eləyən qiyməti (42 USD) təmin edilsin. Bu qiymətdə Rusiya ehtiyatlarını büdcədəyə cəlb etmədən büdcəsini icra edə bilir.

Maraqlıdır ki, həmin sərfəli qiymət Səudiyyə üçün 70-dən yüksək, ABŞ üçün 45 USD ətrafıdır. Görək 3-nün marağına uyğun qiymət ətrafında bazarda tarazlıq nöqtəsini təmin edə biləcəklərmi. Putin əmindir ki, bazardan 10 mln. barrel çəkilsə, tarazlıq yaranacaq. Amma Beynılxaql Energetika Agentliyi 15 mln. barreldən az kəsintinin bazarda qiymət tarazlığı yaratmayağını deyir. Məsələnin başqa maraqlı tərəfi də var - neft istehsalçıları hətta hökumətlərinin siyasi xərclərini də üzərinə gəlib bazarda kartel razılaşması ilə sərfəli qiymət formalaşdırmağa çalışırlar. Pandemiyanın iqtisadiyyatını çökdürdüyü, ixracat və istehsal potensialının əhəmiyyətli hissəsini itirən, ciddi borc böhranına sürüklənən enerji idxalatçısı olan ölkələrin iqtisadiyyatı bu qiymətə tab gətirəcəkmi? Məsələn, normal şəraitdə Türkiyə əmtəə ixaracat gəlirlərilərinin 20%-ni enerji alışına sərf edəndə onun tədiyə balansı bir təhər buna dözürdü - o da hələ xidmət ixracından əldə etdiyi gəlirlərin bir hissəsini də yönəltməklə ticarət balansının açığını örtməklə.

İndi xidmət ixracı demək olar dayanıb, əmtəə ixracatında güman ki, ciddi itkilər olacaq. Cari hesabda defisitin yaranması maliyyə hesabının kəsirini qapatmağa imkan verməyəcək. Belə vəziyyətdə azalan ixracat gəlirlərinin daha böyük hissəsinin qiyməti yüksələn enerji daşıyıcılarına xərcləməyə dözə biləcəkmi idxalatçı ölkələrin iqtisadiyyatı? Bu siyahıya Hindistan daxil Avropanın xeyli sayda xalıis enerji idxalatçısı olan ölkələr daxildir. ABŞ özü də bu məsələdə qızıl ortanı tapmağa məhkumudr. Çünki son 75 ildə görmədiyi nəhəng işsizlər ordusu və sənaye istehsalında kəskin düşüşlə üzləşib. Bir tərəfdən ucuz yanacaqla iqtisadiyyatın mühərriki olan istehlak xərcləri hesabına iqtisadiyyatı ayaqda saxlamalıdır, o biri tərəfdən də sərfəli bir qiymətlə şist neft istehsalçılarının kütləvi müfilsləşməsinin və özünün dominant enerji istehsalçısı mövqeyini qorumalıdır. Hər halda OPEC+-un aprelin 6-dan sonrakı görüşü və onun qərarlarına dünya iqtisadiyyatatının reaksiyası çox maraqlı olacaq. Bir reallıq var ki, maliyyə bazarlarında çöküş sürətlənsə, neft bazarını heç bir qərar xilas edə bilməyəcək. Neft şirkətləri ucuz neft qiymətlərinə uzun müddət dözməz kimi hipotezlər çox da özünü doğrultmaya bilər. Çünki 1985-2000-ci illərdə kiçik istisnalarla (qısamüddətli Körfəz müharibəsi) neftin qiyməti tam 15 il 8-20 dollar arasında hərəkət edib...

(Müəllif :İqtisadçı ekspert Rövşən Ağayev)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

loading...

Ən çox oxunanalar