Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft bazarında vəziyyət - Hasilatının azaldılması qiymətə təsir edəcək?

Neft bazarında normallaşma yaratmaq üşün atılan addımlar birjalara necə təsir edəcək?..

İqtisadçı-ekspert: “Hesablamalar göstərir ki, OPEC+ sazişi çərçivəsində bütün azaltmalar həyata keçəndən sonra bazarda gündəlik 10 milyon barreldən artıq neft var”.

“Pandemiya ilə əlaqədar olaraq sərhədlərin açılması hələ gündəmdə olmadığına görə qiymət artımından danışmaq hələ tezdir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Birləşmiş Ərəb Əmirliyinin gündəlik neft hasilatını daha 100 min barrel azaltmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Birləşmiş Ərəb Əmirliyinin neft naziri Suheyl əl-Məzrui bildirib ki, ölkəsi iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacaq. Onun sözlərinə görə, bu addımla BƏƏ Səudiyyə Ərəbistanının bazarı sabitləşdirmək üzrə səylərini dəstəkləyəcək.

Xatırladaq ki, daha əvvəl Küveyt də iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacağını bildirib. Yayılan məlumatlara görə Səudiyyə Ərəbistanı da öhdəliyindən daha çox hasilatı azaltmağı planlayır. Rusiya isə hələ məsələ ilə bağlı öz mövqeyini ortaya qoymayıb.

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Əgər digər ölkələr bu təşəbbüsə qoşularsa, yəni gündəlik neft hasilatını nəzərdə tutulandan da çox azaldarlarsa, bu zaman müvafiq qərarın neftin qiymətinə təsiri ola bilər”.

Birləşmiş Ərəb Əmirliyinin hasilatı azaltması qısa müddət üçün bazarda müsbət qiymət artımına təkan verə biləcəyini vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu addım orta, uzun müddətli dövrdə qiymətin formalaşmasında əsas faktor kimi çıxış edə bilməz:

“Birləşmiş Ərəb Əmirliyinin sutkada daha 100 min barrel neft azaltması ciddi göstərici deyil. Çünki Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10 milyon barreldən çoxdur. Buna görə də indiki şərtlər daxilində neftin 100 min barrel azaltması dünya bazarında qiymətlərə təsir edəcək faktor deyil.

Hələ də hesablamalar göstərir ki, OPEC+ sazişi çərçivəsində bütün azaltmalar həyata keçəndən sonra bazarda gündəlik 10 milyon barreldən artıq neft var. İndi də neftin bazaeda 100 min barrel azaldılması OPEK daxil və eyni zamanda OPEC-ə daxil olmayan digər ölkələrin həmrəyliyi ilə bazara müsbət gələcək kimi qiymətləndirilə bilər.

Rəşad Həsənov: “Əgər beynəlxalq hava uçuşları bərpa olunarsa, onda ilin sonunda neftin qiymətində artan temp müşahidə oluna bilər”.

Onu da qeyd edim ki, əgər digər ölkələr bu təşəbbüsə qoşularsa, yəni gündəlik neft hasilatını nəzərdə tutulandan da çox azaldarlarsa, bu zaman müvafiq qərarın neftin qiymətinə təsiri ola bilər. Yəni tək Birləşmiş Ərəb Əmirliyinin gündəlik neft hasilatını 100 min barrel azaltması dünya bazarlarında qiymət artımlarına ciddi təsir göstərməyəcək.

Birləşmiş Ərəb Əmirliyinin hasilatı azaltması qısa müddət üçün bazarda müsbət qiymət artımına təkan verə bilər. Amma bu addım orta, uzun müddətli dövrdə qiymətin formalaşmasında əsas faktor kimi çıxış edə bilməz. Ümumiyyətlə isə neft bazarındakı hazırkı vəziyyət və təklifin təlabatı üstələməsi qiymətin 30 dollardan yüksək olmasını istisna edir.

Nəzərə almalıyıq ki, bütün dünyada təyyarələrlə sərnişindaşımalar da həyata keçirilmir. Pandemiya ilə əlaqədar bir çox sahələr də çalışmır. Bu da neftə olan təlabatı aşağı salan əsas fatorlardan biri kimi çıxış edir. Əgər beynəlxalq hava uçuşları bərpa olunarsa, onda ilin sonunda neftin qiymətində artan temp müşahidə oluna bilər. Pandemiya ilə əlaqədar olaraq sərhədlərin açılması hələ gündəmdə olmadığına görə qiymət artımından danışmaq hələ tezdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar