Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nədir bu "patı"? - 3-4 ilə adamı öldürür

Əsl adı metanfetamin olan "Patı" adlı maddəni əvvəllər qadınlara təklif edirdilər.

PİA.az oxu24.com-a isitnadən xəbər verir ki, insanları özündən asılı hala salan bu maddə qadınlara arıqlamaq üçün təklif olunurdu. Həqiqətən də "arıqlatdığı" üçün insanlar onu istifadə edir, sonra da ondan asılı qalır.

Lakin o, arıqlatmır, iç orqanları məhv edir, adamları məhz bu üsulla öldürür.

Bu ad altında müştəri əldə edənlər indi onu açıq-aşkar satmaqdan çəkinmir.

Patı, şüşə tərkibli sintetik narkotikdir. O, bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin isə maksimum 3-4 il ömrü olur.

Qeyd edək ki, bu maddəni ilk dəfə ikinci dünya müharibəsi zamanı Alman əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcbur qəbul etdiriblər.

Xalq arasında "Patı", "Şüşə" kimi tanınan "Metamfetamin" son dövrlər ən çox yayılan narkotik vasitələrdən biridir.

Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. Metafemtamini ilk dəfə 1983-cü ildə kimyaçı Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.

Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar