Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Necə edim ki, xəstələnməyim? 

5 ildir virus tutmayan şəxsdən məsləhətlər...

Dəhşətli virusların yayıldığı dövrdə necə edək ki, orqanizmimiz dözümlü olsun və xəstələnməyək.

Bəzi metodları sınayaraq, illərdir xəstəlik nədir bilməyən insanlar var.

PİA.az medicina.az-a istinadən bildirir ki, rusiyalı bloger kişinin 5 ildir xəstələnməməsinin səbəbi olan sirlərini təqdim edir. Çox faydalı olan bu məsləhətləri siz də edə bilərsiniz.

1. Səhər tezdən prosedurlar

Səhər oyanan kimi mütləq maye qəbul edin, isti və ya soyuq su olmaz. Hətta ilıq çay da içə bilərsiz. Sonra kontrast duş qəbul edin. Yəni əvvəl ilıq, sonra isti, sonra ilıq, sonra soyuq su rejiminə keçidlər.

Daha çox üz, döş qəfəsi, ayaqlar 5 saniyə soyuq su altına tutulsa bəs edir. Həftələr keçdikcə bu saniyələri artırın, bədəninizi soyuğa alışdırın.

Bunu yalnız səhərlər edin. İş ondadır ki, səhər yeməyinə qədər bir çox hormonlar yuxudan sonra az da olsa tənbəlcəsinə fəaliyyət göstərir. Onları daha güclü işləməyə məcbur etməyin yolu bu duşdan keçir. Yuxudan oyandıqdan sonrakı 15 dəqiqə çox mühümdür.

2. Pəhriz

Hər gün 2-3 ədəd sarımsaq yeyin. İstədiyiniz kimi. Bu, əsl antioksidantdır.
Eləcə də meşə giləmeyvələri, yabanı cır meyvələr harda gördüz alın. Həm yeyin, həm çayını için.

Giləmeyvələr insanın DNT-hüceyrələrini sağlamlaşdırır. Hər gün müxtəlif giləmeyvələr yeyən insanın hüceyrələrinin və DNT-nin ömrü 15 il uzanır.

3. Hərəkət edin

Mütləq təmiz havada müxtəlif idman, gimnastika, yüngül qaçış hərəkətləri edin.

Axşam isə ayaqları isti vannaya qoyub, sonra onları hündür bir yastıq üzərində 10 dəqiqə saxlayın.

pia.az

Mütləq gecə 12-ə kimi yatağa girin və səhər 7-də oyanın.

Milli.Az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar