Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Nə vaxta qədər qadağalar davam edəcək?!” - Tünzalədən TƏBİB-ə

Xalq artisti Tünzalə Ağayeva Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

PİA.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müğənni pandemiya dövründə sənət adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətin götürülməsini istəyib:

"Pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal "kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!

Təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir.

Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki , biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək.

Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər.
Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən Azərbaycan tanınmışları haqqında olduqca yanlış bir təsəvvür var.

Baxın başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq, çox yaxşı qazanmaq deməkdir. Albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır.

Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Təəssüf ki, alternativ fəaliyyət imkanları da yoxdur.

Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir.

1 ildir tamamən, 100 % durğunluq içindəyik. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır".

pia.az 


Etiket: Tünzalə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir - Yenilənib

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirə biləcək?

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Ekspert

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Yeni hərbi bölmələr yaradılır - Prezident açıqladı

Hərbiçilərin maaşları ilə bağlı rəsmi açıqlama

Kamran Əliyev Araik Arutunyanla bağlı mühüm açıqlama verdi

Ən çox oxunanalar