Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nə sülh olsun, nə də müharibə? - Qarabağ münaqişəsinin taleyi hara gedir?..

İşğalı sona çatdırmaq üçün heç bir cəhdi, planı və ya niyyəti olmayanların bu işğalı bitirmək istəyənlərə mane olması artıq cinayətə ortaq olmaq deməkdir...

Yasin Aktay
“Yeni Şafak” qəzeti, Türkiyə, 7 oktyabr 2020-ci il

Ermənistanın 28 ildir işğal altında saxladığı Azərbaycana birdən-birə hücum etməsini heç kim başa düşməmiş ola bilər. Hətta buna görə, xüsusən də son hücumları Ermənistanın deyil, Azərbaycan törətdiyini deyənlər də var. Halbuki, Ermənistanın hücumunda çox aydın bir hədəf var. İşğalla bağlı üzərindəki təzyiqi azaltmaq və hətta işğalı qazanc halına gətirməyin yolu bəzən yeni ərazilər tutmaqdır. Yeni hücumlarla nəticəsində istilalar baş tutsa, bu, təbii olaraq onların xeyrinədir. Yox, əgər bütün dünya buna reaksiya versə, o zaman son hücumlar dayandırılar, yeni işğal olunmuş ərazilərdən geri çəkilərlər və nəticədə, əvvəl işğal edilmiş ərazilər unudular.

Müzakirələr uzandıqca işğallar bir qazanca çevrilir və geriyə qayıtmaq daha çətin olur. Bu, bir çox işğal təcrübəsində özünü göstərib. Bu gün İsrailin yeni məskunlaşma və ilhaq cəhdləri ön plana çıxdıqca hər kəs 1967-ci il sərhədlərini unudur. Digər tərəfdən, 1967-ci il işğalı nəticəsində 1948-ci ildə Nekbədə itirilən torpaqlar İsrailin qanuni ərazisinə çevrilmiş və o sürgündə vətənini itirən fələstinlilərin vəziyyəti də artıq adiləşmişdi. Bütün BMT qətnamələri İsraili nə qədər qınasa da və ya onları bu işğaldan dərhal imtina etməyə çağırsa da, effektiv bir sanksiya olmadığı müddətcə, İsrail öz işğallarını istədiyi kimi davam etdirəcək.

Bu zaman işğala son qoymaq üçün mübarizə aparan fələstinlilər də terrorçu adlandırılmışdılar. Çünki dialoqa girmək istəməmiş və şiddətlə müqavimət göstərmişdilər. Ancaq sadə bir fizika qanununa görə, bir yerdə müqavimət varsa, o şiddətin mənbəyi müqavimət göstərənlər deyil, bu müqavimətə səbəb olan qüvvədir.

Həmişə tərsinə qurulan bu məntiq, beləliklə terroru, terrorçunu, sabitliyi və dialoqu öz istədiyi kimi təyin edir. 55 ildir ABŞ və dünyanın nəzarəti altında olan dialoq fələstinlilərə bu günə qədər itirdiklərini geri qaytardımı? Xeyr, əksinə, hər gün daha çox itirirlər.

Azərbaycanın da bu riyakar oyunu dayandırmağa başlamaq üçün apardığı əks əməliyyat uğurla irəlilədikcə, dünyanın hər yerindən münaqişələri dayandırmaq və daha çox qan tökülməməsi üçün dialoq çağırışları edilməyə başlanılıb.

Bəs bu müddətdən sonra dialoq masası nə edəcək?

Əlbəttə ki, 28 il ərzində etdiyini edəcək. Ancaq onlar 28 ildir söz verdikləri işi görmədikləri üçün Azərbaycan bu məsələni özü həll etməyə başlayıb. Həmçinin, Azərbaycanın görməyə çalışdığı iş bütün dünyanın həll etməyə çalışdığı problemdir. Son vəziyyətdə dialoq yolu ilə həll edilməyən bir problemi ən vacib üsulla həll etməyə çalışır. Başqa sözlə, Azərbaycan bütün Minsk üzv ölkələrinin işğal kimi qəbul etdiyi, lakin Ermənistana qəbul etdirə bilmədikləri problemi həll etməyə çalışır.

Fransa, Kanada, Almaniya və Rusiyanın yerində olsaydım, heç cür söz başa sala bilmədiyim Ermənistanın haqsız işğalına son qoymağa çalışan Azərbaycanı sakitcə və hörmətlə izləyərdim. Heç bir narahatlığa əsas yoxdur, çünki Azərbaycan tərəfi heç vaxt mülki insanlara qarşı qırğın və ədalətsizlik etməz. Ermənistanın 28 il əvvəl Xocalıda törətdiyi cinayətləri azərbaycanlılar təkrarlamaz. Bu mövzuda tələb olunan şey intiqam deyil, ədalətdir. Ədalət məsələsində isə heç kim məsuliyyət daşımadığı bir cinayətin cəzasını çəkməyə məcbur edilə bilməz. Azərbaycan da öz hüquqlarından daha artıq bir şey tələb etmir.

Dağlıq Qarabağ müharibəsi ilə bağlı yenidən sabitliyə və dialoqa dəvət edən simalardan biri də Kanadanın baş naziri Castin Trududur. Problemin yalnız dialoq yolu ilə həll edilə biləcəyini təkrarlayan Trudu Kanada mənşəli bəzi silah və texnikanın Azərbaycan tərəfindən Ermənistana qarşı istifadə edildiyi müəyyənləşdirildiyini bildirərək buna görə ölkəni embarqo və sanksiyalarla təhdid edib.

Bildiyimizə görə, 28 il əvvəl azərbaycanlılar silahsız olduğu halda, ermənilər son model silahlarla hücum edib, qırğın törətdikləri zaman Kanadanın heç səsi çıxmamışdı. Azərbaycanın ən təbii haqqı olan torpaqlarını işğaldan azad etmək əməliyyatına qarşı göstərilən bu lazımsız müdaxilələr dünyadakı işğalların, qırğınların və haqsızlıqların hansı anlayışa əsaslarını kifayət qədər izah etmirmi?

Halbuki sülhə və dialoqa həqiqi bir töhfə veriləcəksə, ilk növbədə edilməli olan şey işğalçı tərəfə təcili olaraq işğal etdiyi ərazini tərk etməsi üçün təzyiq göstərməkdir. İşğalı sona çatdırmaq üçün heç bir cəhdi, planı və ya niyyəti olmayanların bu işğalı bitirmək istəyənlərə mane olması artıq cinayətə ortaq olmaq deməkdir.

Bütün bunlar baş verərkən İsrail müdafiə naziri Benni Qantzın Türkiyəni “Yaxın Şərqdəki sülhü və sabitliyi pozmaqda” günahlandırması da olduqca maraqlı haldır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar