Bazar, 15 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Nə qədər ki, orta məktəblərdə rüşvət var...” – Təhsil eksperti qəbul imtahanı haqda

Təhsil üzrə ekspert: “Qəbul proqramlarında edilən dəyişikliklər tam şəkildə bütün abituriyentlərə aydın deyil, bununla bağlı maarifləndirici işlər görülməlidir”

“Nə qədər ki, orta məktəblərdə, ümumiyyətlə, təhsildə neqativ hallar- konkret olaraq rüşvət qalacaq, bundan artıq nəticə gözləmək də əbəsdir”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov II və III qruplar üzrə keçirilmiş qəbul imtahanında qarşıya çıxan problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən II və III qruplar üzrə qəbul imtahanı keçirildi. Keçirilmiş qəbul imtahanı ilə bağlı sualları cavablandıran Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov 35 min 722 abituriyentin imtahanda iştirak üçün müraciət etdiyini nəzərə çatdırıb.

DİM sektor müdirinin açıqlamasından məlum olur ki, qəbul imtahanı ilə bağlı edilmiş yeniliklərə baxmayaraq əvvəlki illərdəki problemlər yenə də qalmaqdadır. Bu qəbul edilən qərarların effekli olmaması ilə bağlıdır, yoxsa problem abituriyentlərin özlərindədir? Ümumiyyətlə dünən keçirilən imtahan yeni qəbul sistemində hansı nöqsanları ortaya qoydu və bu nöqsanların köhnə sistemdəki nöqsanlarla necə müqayisə etmək olar?

Mövu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Yeni imtahan modelinə uyğun test kitabçaları, bankları yoxdur, azdır, sınaq imtahanları az keçirilib. Şagirdlər tam şəkildə yeniliyi mənimsəyə bilməyiblər”.

Buraxılış və qəbul imtahanında sualların çətin olduğunu düşünən təhsil üzrə ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, ali təhsil almağa iddialı məzun bu sualların qarşısında çətinlik çəkir, onun öhdəsindən gələ bilmir. Çünki onun orta məktəb pilləsində əldə etdiyi biliklər buna imkan vermir:

“İlk növbədə qeyd edim ki, Təhsildə yeni ənənələr hələ tam oturuşmayıb. Aprel ayında DİM tərəfindən keçirilən qəbul imtahanlarının birinci mərhələsində (eyni zamanda buraxılış imtahanı) bakalavrların çoxu tələb olunan 300 balı yığa bilmədi. Yalnız iki abituriyent bu nəticəni göstərə bildi. Bu isə bir daha dolayı olaraq orta təhsil sisteminin mükəmməl olmaması, şagirdlərin hazırlıq səviyyəsinin çox aşağı enməsinin göstəricisidir.

Hesab edirəm ki, nə qədər ki, orta məktəblərdə, ümumiyyətlə, təhsildə neqativ hallar- konkret olaraq rüşvət qalacaq, bundan artıq nəticə gözləmək də əbəsdir.

Buraxılış və qəbul imtahanlarında sualların çətin olmasının mümkünlüyü ilə bağlı hesab etmirəm ki, buraxılış və qəbul imtahanı sualları çətindir. Qəbul sualları tam orta təhsilin kursunu əhatə edir. Burada söhbət ondan gedir ki, ali təhsil almağa iddialı məzun bu sualların qarşısında çətinlik çəkir, onun öhdəsindən gələ bilmir. Çünki onun orta məktəb pilləsində əldə etdiyi biliklər buna imkan vermir. Mən istisna etmirəm ki, 10 faiz özünü itirir, psixoloji təsirlər özünü göstərir, amma bu, kütləvi şəkil alanda və birbaşa qəbulun nəticələrinə ciddi şəkildə təsir göstərəndə, ayrılmış yerlər boş qalanda artıq düşünmək üçün əsas yaranır.

Kamran Əsədov: “Buraxılış imtahanında istifadə olunan test kitabçası verilməyib. Hesab edirəm ki, o verilməlidir ki, şagirdlər yeni test modelləri ilə yaxından tanış olsunlar”.

Müəyyən abituriyentlər hələdə imtahana gələndə sənədlərini unudub gətirməməsi problem var. Amma DİM onları imtahana buraxmamaqla səhv edir. Çünki üz tanıma qurğusu onun kimliyini müəyyən edir və o zaman həmən şəxsin kimliyi məlum olacaq.

İkincisi yeni imtahan modelinə uyğun test kitabçaları, bankları yoxdur, azdır, sınaq imtahanları az keçirilib. Şagirdlər tam şəkildə yeniliyi mənimsəyə bilməyiblər.

İmtahan nəzarətçiləri ilə bağlı müəyyən çatışmazlıqlar var. Onların bəzilərinin peşəkarləq səviyyəsi azdır. Qəbul proqramlarında edilən dəyişikliklər tam şəkildə bütün abituriyentlərə aydın deyil, bununla bağlı maarifləndirici işlər görülməlidir. Şagirdlər test tapşırıqlarını cavab kağızına və cavab vərəqinə köçürməklə bağlı sıxıntılar yaşayırlar. Onlarda bu vərdişlərin formalaşması üçün məktəblərə boş cavab kağızları yollanmalıdır ki, şagirdlər bu prosesi anlasınlar.

Buraxılış imtahanında istifadə olunan test kitabçası verilməyib. Hesab edirəm ki, o verilməlidir ki, şagirdlər yeni test modelləri ilə yaxından tanış olsunlar”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...