Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nə həkim var, nə müəllim, yaşlarını da bilmirlər - Gözdən uzaq türk qəbiləsi

Əfqanıstanda yerləşən, “dünyanın tavanı” adlandırılan və Hindukuş dağlarının əhatəsində olan Vaxan Dəhlizi xalqı və özünəxas təbiəti ilə fərqli bölgədir. ..

İpək Yolunun ən gözəl nöqtələrindən biri olan Vaxan sivilizasiyanın ən ucqar yerlərindən biridir.

PİA.az xəbər verir ki, Vaxan Dəhlizi Əfqanıstanın Tacikistan, Pakistan və Çinlə sərhədlərində yerləşir.

Ölkənin ən ucqar bölgəsi sayılan Vaxan fərqli qəbilələrin ünvanıdır. Burada bölgə sakinləri dünyadan təcrid olunmuş formada öz həyatlarını yaşayırlar.

Vaxan öz adını Pamir dağlarının Əfqanıstanda yerləşən hissəsindən alır. Bölgədə iki qəbilə yaşayır: vaxanlar və qırğızlar. Vaxanlar oturaq həyat sürən qəbilədir, heyvandarlıq və əkinçiliklə məşğuldur. Bölgənin ən yüksək ərazilərində yaşayan qırğızlar isə sadəcə heyvandarlıqla məşğuldur, köçəri həyat keçirirlər.

İllərdir Əfqanıstanda davam edən müharibə hələlik bura gəlib çatmayıb, Vaxanda sakitlik hökm sürür. 240 kiklometr uzunluğunda olan vadidə 12 min nəfərin yaşadığı ehtimal olunur. Bu tənha çöllərdə yaşayanların dünyada baş verənlərdən xəbərləri yoxdur.

Vaxanda qış çox sərt keçir. Heyvanlar belə çox hərəkət etmirlər. Bölgədə insan həyatını davam etdirməyə şərait yaradan əsas qida mənbəyi də bu heyvanlardır.

Araşdırma aparmaq üçün Vaxana gələn amerikalı fotoqraf Frederik Laqrancın bölgə sakinləri haqda qeydləri maraqlıdır.

Vaxanı qarış-qarış gəzən fotoqraf qeydlərində yazır ki, qırğızlar bölgədə “otaq” adlanan bu ərazilərdə yaşayır, amma burada nə müəllim, nə də həkim var. Bölgədə yaşayan bir nəfərlə danışan Laqranc neçə yaşının olduğunu soruşanda “bilmirəm” cavabını aldığını deyir. 40 yaşlarında olduğu ehtimal edilən həmin şəxs bölgədə bilgi və məlumatın çox az bilindiyini qeyd edir.

Qırğızlar və vaxanlar Vaxandan getmək istədiklərini desələr də, gedəcək başqa yerlərinin olmaması onları çarəsiz vəziyyətdə qoyur. Onlar buranı həbxanaya oxşadırlar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Əfqanıstan

Şərh yazın.


loading...

Ən çox oxunanalar