Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdəki ikitirəlik sona çatır – Muxtar Babayev Firdovsi Əliyevə qapını göstərir?..

Ramiz Mehdiyev getdikdən sonra Firdovsi Əliyevin ETSN-dəki mövqeləri bir xeyli zəifləyib və onun yaxın günlərdə vəzifədən alınması istisna olunmur...

Ekologoya və Təbii Sərvətlər Nazirliyində ikitirəlik yaxın günlərdə sona çata bilər. Bu barədə MilliYol-a daxil olan məlumatda bildirilir ki, bu üzdən nazirlikdə kadr dəyişikliyinin baş verməsi istisna olunmur. Söhbət Ekologoya və Təbii Sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyevin vəzifədən alınmasından gedir. Mənbə bildirir ki, əslində nazirlikdəki ikitirəlik Muxtar Babyev nazir təyin ediləndən sonra, daha doğrusu Vüqar Kərimov nazirliyin Aparat rəhbəri vəzifəsində Rövşən Cəlilovu əvəz etdikdən sonra başlayıb.

Muxtar Babayevin nazirlikdəki bilinən əsas siması olan Vüqar Kərimovun Firdovsi Əliyevlə ilk gündən əməkdaşlıqları baş tutmayıb. Firdovsi Əliyevin ETSN-də böyük nüfuza sahib olması həm Muxtar Babyevin, həm də Vüqar Kərimovun qısqanclığı ilə qarşılanıb. Bu ikitirəlik iki ilə yaxındır ki, davam edir. Firdovsi Əliyev Hüseyqulu Bağırovun zamanında olduğu kimi nazirlikdə əsas söz sahibi olmaqda davam edib. Lakin Ramiz Mehdiyevin Prezident Adminstrasiyası vəzifəsindən alınmasından sonra Firdovsi Əliyevin mövqeləri xeyli zəifləyib. Ramiz Mehdiyevin “adamı” kimi tanınan Əliyevin son iki ayda xeyli nüfuz itkisinə məruz qaldığını qeyd edən mənbənin bildirdiyinə görə hazırda nazir müavinin ətrafında kimsə qalmyıb. Böyük əksəriyyət tərəf dəyişdirərək Vüqar Kərimovun yanında yer almağa çalışır.

Xatırladaq ki, Fordovsi Əliyev ETSN-də əsasən meşə təsərrüfat idarələrini kurasiya edib. Son zamanlarda isə mətbuatda məhz bu sahədə olan neqativ hallarla bağlı yazıların sayı həddən artıq çoxalıb. Mənbə bunu təsadüfi hesab eləmir və Firdovsi Əliyevin vurulması üçün titajlandığını güman edir. Qeyd edək ki, yayılan məlumatlara qarşı ETSN-nin mətbuat xidməti də susqunluq nümayiş etdirir. Əvvəllər isə bu heç də belə deyildi.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar