Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik rəsmisi: “Qızılcaya görə 50 mindən artıq insana peyvənd vurulub”

“Bu ilin mart-aprel ayı üçün nəzərdə tutulan plana əsasən, qızılcaya qarşı təmizləyici-immunlaşdırma tədbirləri çərçivəsində 50 mindən çox insana peyvənd vurulub”

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, peyvəndə cəlb edilənlər 20-40 yaş arasında olan şəxslərdir. Direktor müavininin sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir, gündəlik məlumatlar RGEM-ə daxil olur və Səhiyyə Nazirliyinə ötürülür: “Ötən ilin dekabr və bu ilin yanvar, fevral ayı ilə müqayisədə martda Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.

A.Əliyeva qeyd edib ki, yoluxma halları vaxtında aşkarlandığından indiyə qədər heç bir ağır fəsad baş verməyib.

RGEM rəsmisi qeyd edib ki, ölkəyə gətirilən 160 min vaksin kifayət edir: “Bu ay ərzində də peyvəndləmə işlərinin aparılması üçün təminat var. Əgər əlavə vaksin üçün ehtiyac yaransa, Səhiyyə Nazirliyi yenidən sifariş verə bilər. Ancaq bu gün üçün yoluxma hallarının azaldığını nəzərə alsaq, hələ ki, əlavə sifarişə ehtiyac yoxdur. Hətta hesab edirik ki, kifayət edəcək. Onu da qeyd edim ki, bütün peyvəndlər dövlət hesabına alındığından tam ödənişsizdir”.

O vurğulayıb ki, ölkədə suçiçəyi tək-tək hallarda qeydə alınır və artım müşahidə olunmur.

pia.az


Etiket: qızılca

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar