Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik məktəblərdə narkomaniya ilə bağlı fənnin tədrisini məqsədəuyğun saymır

"Bu gün şagirdlər məktəbdə 17 fənn öyrənir. Narkomaniya ilə bağlı yeni fənnin salınması məqsədəuyğun deyil".

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, son illərdə məktəblərdə reproduktiv sağlamlıqla bağlı təlimlər keçirilir: “Həyat bilgisi dərsliyinə narkomaniya ilə mübarizə məsələlərini də daxil etməyi düşünürük. Bütün ölkə üzrə yaradıcılıq məktəblərinin genişləndirilməsi prioritet olmalıdır. Təhsilin məzmununun yenilənməsi çox vacibdir. İnformatika fənnində artıq 300 məktəbdə rəqəmsal bacarıqlar öyrədilir. Bizdə Texnologiya fənni artıq üslüb-üslüb STEM layihəsinə transformasiya olunur. Peşə təmayüllü siniflər açılır. Narkomaniya təhlükəsi çox olan rayonlarda bu siniflərin sayı daha da artırılır".

V. Yaqublu deyib ki, bu gün ölkədə çarəsizlik sindromu baş alıb gedir: “Bunun səbəbi də odur ki, insanlar özünə iş tapa bilmir. Uşaqlara öz kiçik biznesini qurmaq, öz maddiyyatını idarə etmək üçün təlimlər keçirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar