Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik:"İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb"

“İyul ayı respublikamızda ən isti aydır, ona görə də nisbətən belə sərin hava bu ay üçün səciyyəvi deyil”

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, adətən iyul ayında temperatur 40 dərəcəyədək yüksəlir: “2010-cu il iyulun 12-də və 2011-ci il iyulun 22-də Bakıda temperaturun maksimum həddi 40 dərəcə olub. 2018-ci il iyulun 1-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin gün havanın maksimal temperaturu 42.7 dərəcə isti təşkil edib ki, bu da rekord həddini, yəni mütləq maksimumu keçib”.

U. Tağıyevanın sözlərinə görə, iyul ayında Bakıda ən sərin hava 1918-ci ildə, ayın 30-da qeydə alınıb: “Həmin gün havanın minimal temperaturu 12.2 dərəcə isti olub”.

ETSN rəsmisi qeyd edib ki, 2012-ci il iyulun 15-də Bakıda güclü leysan yağışı yağıb, sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb: “2016-cı il iyulun 23-də Bakıda şimal küləyinin maksimal sürəti 28 m/s, arabir 30-35 m/s-dək çatıb”.

Qeyd edək ki, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar