Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazirlik bu dəfə lap “gül” vurub” – Ekspert

“Azərbaycanda standartlaşdırma qurumu yoxdur, standartlaşmanın keçmiş işçiləri evlərində dincəlirlər, amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövzu ilə bağlı tədbir keçirib”

Bunu texnalogiya üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı NRYTN –in tədbir keçirib. Son zamanlar qurumun məsul şəxsləri tərəfindən tez-tez bəsit və mənasız, dar çərçivədə, maraqlı tərəfləri cəlb etmədən tədbirlər təşkil etməsi heç kimə sirr deyil: “Baxıram ki, bu dəfə lap “gül” vurublar. Cari ildə Ümumdünya İnformasiya Cəmiyyəti Gününün mövzusunu (“Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”) qabaqcadan bildiyimdən düşündüm ki, nəhayət ki 1 il davam edən problemə yəqin ki münasibət bildiriləcək. Problem isə ondan ibarətdir ki indiki anda ölkədə standartlaşdırma səlahiyyətlərinə malik olan qurum faktiki olaraq mövcud deyil . Nə qədr qəribə olsa da , bu, bir ildir ki belədir.

Ötən ilin 20 aprel tarixində “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Standartlaşma ilə bağlı səlahiyyətlər yeni yaranan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib.

Bu Dövlət Agentliyinin də indiyədək nə strukturu, nə də Əsasnaməsi təsdiq olunmayıb. Köhnə Əsasnamə və köhnə strukturla fəaliyyət göstərirlər.

Standartlaşmanın keçmiş işçiləri isə 1 ildir ki evlərində öturub strukturun yaradılmasını gözləyirlər. NRYTN-da isə standartlaşdirma mövzusunda Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçirib. Bir ildir davam edən problemə bağlı isə heç bir kəlmə də danışılmayıb və açıqlama verilməyib”.(yeni sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar