Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nazirlik: Bu çayın tərkibində zərərli maddə var...

Azərbaycanda satılan çayın tərkibində zərərli maddə var imiş...

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi “hiyləli qidalar” adlı siyahı yayımlayıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, sağlamlığa zərərli qidaların yer aldığı siyahıda məşhur simaların da reklam etdiyi arıqlama çayı - “Teff çayları"nın da adı var.

Nazirliyin məlumatına görə, sözü gedən çayda “sibutramin” adlı maddə aşkarlanıb. Bu maddə ürək xəstəliklərinə və ruhi pozğunluqlara gətirib çıxarır.

Qeyd edək ki, adıçəkilən çay Azərbaycanda da satılır. Sosial şəbəkələrdə onun satışı ilə məşğul olan səhifələr və bu məhsulu reklam edən bloqerlər var.

Üstəlik çay xeyli baha qiymətə təklif olunur. Belə ki, bir neçə qutu aldıqda biri 65 manata, bir qutu almaq istədikdə isə 120-180 manata başa gəlir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar