Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 41 fərdi yaşayış evi verib...

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Report"a verilən məlumata görə, HacıqabulUcar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib.

O, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir. Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

M.Kərimli yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar