Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti qərar verməyi unutdu - Bəs sabah nə baş verəcək?..

Məzuniyyət vaxtı bitən insanlar karantinə baxmayaraq işə çıxacaqlarmı?..

Hüquq müdafiəçisi: “Mən bu gün Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri ilə danışmışam. O bildirdi ki, yəqin bu gün məsələyə aydınlıq gətiriləcək”.

“Mənə də çoxlu suallar verirlər. Mənim işlədiyim yer də həmin kateqoriyaya aiddir. Buna görə də suallar çoxdur”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov pandemiya ilə bağlı olaraq dövlət və özəl qurumlarda çalışanların məcburi məzuniyyətləri ilə bağlı Nazirlər Kabinetinin yarımçıq qalan qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən pandemiya ilə əlaqədar olaraq dövlət və özəl qurumlarda çalışanlar aprelin 29-na qədər əmək haqqları saxlanılmaqla məzuniyətə göndərilib. Lakin karantin müddəti mayın 4-nə qədər uzadılmasına baxmayaraq Nazirlər Kabineti məzuniyyət müddətini uzatmaq haqqında qərar qəbul etməyib.

Qeyd edək ki, istisna olaraq AMEA prezidenti Ramiz Mehdiyev Akadümiya işçilərinin məzuniyətinin mayın 4-nə qədər uzadılması ilə bağlı sərəncam imzalayıb. Lakin anoloji qərar Nazirlər Kabineti tərəfindən verilməyib.

Bu durumda sabah nə baş verəcək? Məzuniyyət vaxtı bitən insanlar karantinə baxmayaraq işə çıxacaqlarmı və yaxud bu məsələ hüquqi cəhətdən öz həllini necə tapa bilər?

Yarnmış vəziyyəti PİA.az-ın əməkdaşı hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovla müzakirə edib.

Sahib Məmmədov: “3 saatdan artıq bayırda qalanlar cərimə olunmalıdır. Bu üzdən də bu vəziyyət məzuniyyəti bitən işçilər üçün anlaşılmazdır”.

Mövzu ilə bağlı hüquq müdafiəçisi PİA.az-a açıqlamasında bildirib ki, onun da işlədiyi yer həmin kateqoriyaya aiddir. Buna görə də suallar çoxdur. Yəqin ki, hökumət bu məsələyə aydınlıq gətirəcək:

“Əslində pandemiya ilə əlaqədar olaraq dövlət və özəl qurumlarda çalışanlar aprelin 29-na qədər əmək haqqları saxlanılmaqla məzuniyətə göndərilməsi qərarları 20 mart tarixindən adı çəkilən dairələrə məktub şəklində göndərilib. Amma sərtləşmə ilə bağlı qərarlar sonrakı dövrdə qəbul olunub.

Məlumdur ki, 3 saatdan artıq bayıra çıxmaq icazəsi yoxdur. 3 saatdan artıq bayırda qalanlar cərimə olunmalıdır. Bu üzdən də bu vəziyyət məzuniyyəti bitən işçilər üçün anlaşılmazdır.

Bu qərarın həm də maliyyə nəticələri var. Buna görə də, ya müddət uzadılmalıdır, ya da bir açıqlama verilməlidir. Açıqlqma da ondan ibarət ola bilər ki, məzuniyyəti bitən şəxslərin işə çıxmaslnda məhduduiyyət yoxdur. Lakin bu da karantinin kütləvi şəkildə pozulması ilə nəticələndiyinə görə, mən hesab edirəm ki, məzunuyyət vaxtı uzadılacaq.

Mən bu gün Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri ilə danışmışam. O bildirdi ki, yəqin bu gün məsələyə aydınlıq gətiriləcək.

Hər halda karantin rejiminin olduğunu hamı bilir və bütün iş saatını işdə olmaq mümkün deyil. Mənə də çoxlu suallar verirlər. Mənim işlədiyim yer də həmin kateqoriyaya aiddir. Buna görə də suallar çoxdur. Yəqin ki, hökumət bu məsələyə aydınlıq gətirəcək”.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün Operativ Qərargahla əlaqə saxlamaq istədik. Amma Qərargahın nömrələri məşğul idi. Buna görə də cəhdimiz alınmadı.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar