Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazirlər bunu nəzarətdə saxlamalıdır”

Minimum əməkhaqqılarının artırılması bir çox insanlarda qiymət artımının yaranacağı ilə bağlı narahatlığa səbəb olur

Həmçinin, bəzi ekspertlərin fikirlərinə görə də bu artım yaxın aylarda inflyasiya və devalvasiyaya səbəb olacaq.

Məsələylə bağlı “Yeni Sabah”a danışan deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, həmişə maaşlarda müəyyən qədər artım olanda insanları ən çox narahat edən məsələ inflyasiya və qiymət artımı olur. Onun sözlərinə görə, bu ciddi məsələdir:

“Düzdür, artımlar kifayət qədər böyükdür, ola bilər bunun davamı olsun. Amma düşünmürəm ki, bu ciddi qiymət artımına və ya inflyasiyaya səbəb ola bilər.

Birinci növbədə nazirlər bunu nəzarətdə saxlamalıdır. Başa düşürəm obyektiv qiymətlərdir, amma subyektiv qiymət artımı etmək və inflyasiyanı artırmaq, elə başa düşürəm ki, ciddi problem olmamalıdır. Bu məsələlərlə əlaqədar kifayət qədər dövlət orqanları var. Nəzarətdə saxlamalıdırlar.

Onsuz da Azərbaycanda inflyasiya birrəqəmlidir, yüksək deyil. Əlbəttə, qiymət artımında müəyyən problemlər var, bu gün də mövcuddur. Bunu müəyyən qədər bazar təyin edir, amma elə etmək lazımdır ki, obyektiv qiymətlər olsun. Süni qiymət, subyektiv qiymət artımına imkan yaradılmasın”.

V.Əhmədov bu il ərzində devalvasiya gözlənilmədiyini də qeyd edib:

“Bu il ümumiyyətlə, devalvasiya gözləmirəm. Çünki kifayət qədər ehtiyatımız var. Manata, ümumiyyətlə pul kütləsinə nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən yüksək səviyyədə qurulub. Ona görə hesab etmirəm ki, 2019-cu ildə devalvasiya olsun”.

pia.az


Etiket: Vahid Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar