Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - Foto

Təhsil naziri Emin Əmrullayev Bakının mərkəzində - metronun "Sahil” stansiyasının yanında yerləşən 7 saylı orta məktəbə yeni direktor təyin edib. Nazirin imzaladığı əmrə əsasən, bundan sonra sözügedən təhsil müəssisəsinə Könül Təhməzova rəhbərlik edəcək.

7News.Az xəbər verir ki, Könül Təhməzova Xalq artisti Afaq Bəşirqızının gəlinidir. O, ibtidai sinif müəllimi olub.


Könül Təhməzovanın fəaliyyəti barədə məlumat almaq üçün onun internetdəki bloquna nəzər saldıq. Məlum oldu ki, yeni direktor Azərbaycan dilinin qrammatikasını ya bilmir, ya da əməl etmir. Təkcə bir yazıda xeyli sayda orfoqrafik, qrammatik və sintaktik səhvlər vardı. Məsələn, Könül xanım "da” və "də”nin harada bitişik, harada ayrı yazılmasını sinifdə şagirdlərinə öyrətməli olduğu halda, özü bu məsələdə çox ciddi səhvlərə yol verir.

Könül Təhməzova bloqunda məlumat verir ki, hazırda ibtidai siniflər üçün Azərbaycan dili fənn kurikulumu üzrə işçi qrupun üzvüdür. Elə həmin cümlədə də "qrup” sözünü "qurup” kimi yazıb.

Könül xanım 2014-2015-ci tədris ilində "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

Onun bloq yazısından təkcə bir abzası olduğu kimi təqdim edirik. Nəticəni özünüz çıxarın:

"Hal-hazırda ibtidai siniflər üçün Azərbaycan dili fənn kurikulumu üzrə işçi qurupunun ("qrupun” olmalıdır - red.) üzvüyəm. Əldə etdiyim biliklər sayəsində elektron dərslər hazırlayır, açıq dərslər verirəm. Hər bir müasir müəllim öz işində layihələrə önəm verməlidir. Məndə ("də” ayrı yazılmalıdır - red.) məktəbdə şagirdlərimlə bir çox layihələr hazırlayaraq (, - red.) onlarda müstəqil düşünmə (, - red.) fikiryürütmə qabiliyyətlərini və humanitar hisslər (humanitar hiss olmur, "humanizm hissi” olmalıdır - red.) formalaşdırmağa çalışıram. Elektron dərs və müəllimlər üçün əlavə vəsaitləri öz "Sabahımız” adlı blogumda ("bloqumda" olmalıdır - red.) birləşdirərək bütün müəllimlərin yararlana biləcəkləri məlumatları onlarla bölüşdürməkdən ("bölüşməkdən” olmalıdır - red.) böyük zövq alıram”.

pia.az 


Etiket: Təyinat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar