Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin məhkəməyə deyil, DTX-ya müracət etməsi hüquqi cəhətdən nə qədər doğrudur?

Hər hansı bir nazirin, ya da məmurun haqqında yazılan yazılarla bağlı DTX-ya müraciət etmələrini hüquqi və mənəvi cəhətdən necə izah etmək olar?..

Media məsələləri üzrə ekspert: “Əgər nazir düşünürsə ki, kimsə onun haqqında böhtan danışıb, bu zaman cinayət məcəlləsində böhtana görə 47-ci maddəyə uyğun olaraq məhkəməyə müraciət etməlidir”.

“Nazir bilməlidir ki, onun haqqında, oğlunun qanunsuz varlanması və astronomik rəqəmdə ev almasına daim məlumatın doğru yaxud yanlış olmasına dair informasiyanın mənbəyi DTX deyil”.

Bu sözləri media məsələləri üzrə ekspert Ələsgər Məmmədli XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətinə şərh verən millət vəkili Siyavuş Novruzovun fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətini şərh edərkən maraqlı və ziddiyyətli fikirlər səsləndirib. Hakim partiyanın aparıcı siması bildirib ki, öz işini görən nazirlər haqqlarında yazılan yazılarla bağlı DTX-ya müraciət edə bilərlər. Amma “şou göstərən “oğru-quldur, bandit”” nazirlərin haqqlarında yazılan yazılarla bağlı DTX-ya müraciət etmələri doğru deyil: “Digərləri də hörmətli Əli müəllim Nağıyevə müraciətlər etməlidir. Adın keçir, müraciət elə!... Bir daha bildirirəm ki, biz öz nazirlərimizi - müəyyən nazirlərimizi, mən oğru-quldur, banditi demirəm - qorumalıyıq!”

Siyavuş Novruzovun hansı nazirlərə qarşı bu qədər kəskin bəyanat verməsini bir kənara qoysaq belə, hakim partiyanın sözçüsünün məsələyə yanaşmasında hüquqi ziddiyyətlər özünü açıq şəkildə göstərməkdədir. Ümumiyyətlə hər hansı bir nazir ya da məmur haqqında yazılan yazılarla bağlı DTX-ya müraciət etmələri hüquqi və mənəvi cəhətdən nə qədər doğrudur? Niyə o məmurlar qanuna uyğun şəkildə məhkəməyə deyil, təhlükəsizlik qurumuna müraciət etməlidirlər və bu tendensiya Azərbaycan mətbuatında hansı prosseslərə səbəb ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “Hər hansı bir nazirin oğlunun birdən-birə yüksək miqdarda hansısa xərcləmələrinin görünməsi həmin nazirin fəaliyyətinə diqqət çəkir və bu da təbiidir”.

Elmar Məmmədyarovla bağlı məsələdə öncə prokurorluq orqanlarının hərəkətə keçərək araşdırma aparmalı olduqlarını vurğulayan media məsələləri üzrə ekspert PİA.az0a açıqlamasındda əlavə edib ki, əgər bu məlumatlar doğrudursa, nazir bunu görə qanunların qarşısında cavab verməlidir. Yox yalandırsa, nazir bununla bağlı xüsusi ittihamla məhkəmədə iş qaldırmalıdır:

“Məsələni hüquqi baxımdan qiymətləndirəndə deyə bilərəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəsi hansısa yalanı, böhtanı araşdırmaq deyil. Məsələn ilə bağlı əgər nazirin narazılığı varsa, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Əgər nazir düşünürsə ki, kimsə onun haqqında böhtan danışıb, bu zaman cinayət məcəlləsində böhtana görə 47-ci maddəyə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Nazir bilməlidir ki, onun haqqında, oğlunun qanunsuz varlanması və astronomik rəqəmdə ev almasına daim məlumatın doğru yaxud yanlış olmasına dair informasiyanın subyekti DTX deyil. Bu məsələnin subyekti məhkəmədir.

Ayrıcaq hər bir nazir ya da məmur haqqında məlumatlar ictimai nəzarət missiyası daşıyır. Korrupsiya ya da başqa ictimai mahiyyət daşıyan şübhələrlə bağlı nazir deyə bilməz ki, bu mənim şəxsi həyatımdır. Çünki o naziridir. Hər hansı bir nazirin oğlunun birdən-birə yüksək miqdarda hansısa xərcləmələrinin görünməsi həmin nazirin fəaliyyətinə diqqət çəkir və bu da təbiidir. Bu baxımdan da birmənalı olaraq burada dövlətin təhlükəsizliyi məsələsi ilə bağlı tədqiqt aparmaq yox, yayılan məlumatın korrupsiya elementi ilə bağlı araşdırma aparılmalıdır. Elmar Məmmədyarovla bağlı məsələdə öncə prokurorluq orqanlarının hərəkətə keçərək araşdırma aparmalıdır. Əgər bu məlumatlar doğrudursa, nazir bunu görə qanun qarşısında cavab verməlidir. Yox yalandırsa, nazir bununla bağlı xüsusi ittiham qaydasında məhkəmədə iş qaldırmalıdır.

Ələsgər Məmmədli: “Mediada yayılan informasiya ictimai əhəmiyyətlidir və cinayət başlanması üçün əsaslardan birdir”.

Bu elə də yeni tendensiya deyil. Çünki dünyanın hər yerində mətbuatın işi ictimai nəzarətdir. Həmçinin mətbuatın işi gördüyü informasiyanı araşdırmaq, ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onu da deyim ki, belə hallar bundan öncə də olub. Vaxtilə media bir neçə nazirə yeyib-dağıdan nazir deyirdi. Nazirlər də məhkəməyə müraciət edirdilər. Sonra da hökumətin özü həmin nazirlərin milyardlarla pul oğurladıqlarını dedilər. Hətta bəzilərini həbsə də atıblar.

Media hər zaman öz işini görür. Sadəcə olaraq medianın diqqət çəkdiyi məsələlərlə bağlı zaman-zaman hüquq mühafizə orqanları, xüsusən prokurorluq orqanları düzgün qərar vermir. Çünki mediada yayılan informasiya ictimai əhəmiyyətlidir və cinayət başlanması üçün əsaslardan birdir. Buna görə də əgər korrupsiya faktına dair informasiyalar dolaşırsa, bunlar dərhal araşdırılmalıdır. Araşdırıldıqdan sonra əgər orada böhran, yalan varsa, bu zaman haqqında yazı yazılanın haqqı var ki, məhkəmə orqanlarına müraciət etsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar