Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin atası 50 ildir eyni işdə çalışır

Azərbaycanlı bir çox məmurlar kifayət qədər tanınmış ailələrin üzvləridir

Məsələn, Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir. 55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır.

Yaxud, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanın oğludur. İzolda Babayeva onlarla məşhur mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər sənətçilər ifa edib. O, bəstələdiyi mahnıların həm də sözlərini yazırdı.

Xarici İşlər naziri Elmar Məmmədyarovun atası isə kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), əməkdar elm xadimidir (2009) Məhərrəm Məmmədyarov. 17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olan M.Məmməduyarov II Dünya müharibəsində iştirak etdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirib.

1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Ata Məmmədyarov 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.

Ən maraqlısı isə 95 yaşlı M.Məmmədyarovun 50 ildir eyni vəzifədə çalışmasıdır. Belə ki, o, 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir...(Demokrat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar