Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Nazir qucağına dana da götürsə, nəticəsi olmayacaq…” - Sahibkardan ittihamlar 

Vaxtilə bir sıra mətubat orqanlarına rəhbərlik etmiş, hazırda sahibkarlıq fəaliyyətilə məşğul olan Şahin Nəcəfov internet kanallarından birinə müsahibəsində ölkədə kənd təsərrüfatının inkişafına mane olan problemlərdən bəhs edib

Onun fikrincə, mövcud problemlər sırasında birici yerdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyətsizliyi dayanır.

ASC rəhbərliyinin dövlət proqramlarını belə özünün korparativ maraqlarına qurban verdiyini, artezianların rüşvətlə müəyyən şəxslərin sahələrində qazıldığını bəyan edən sahibkar, əkinə yararlı torpaqların heç 30 faizinin belə davamlı və vaxtında su ilə təmin edilmədiyini vurğulayıb.

Ş.Nəcəfov qeyd edib ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mövcud iş prinsipləri ölkədə kənd təsərrüfatının inkişafını mümkünsüz, bu sahəyə yatırılan investisiyaları səmərəsiz edir.

Sahibkar ölkədə əkinə yararlı torpaqların davamlı su ilə təmin olunması üçün bütün qurumların fəaliyyətinin koordinasiya edilməsinin zəruri olduğunu bildirib.

“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq, Şahin Nəcəfovun müsahibəsini təqdim edir:

pia.az

Etiket:

loading...