Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nazir: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"

2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70 faizə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub...

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, 2020-ci ildə də bu proqram genişləndiriləcək: "Bir çox meyarlar yüngülləşdirildi. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra olunacaq.

Sosial təminat sahəsində, cənab Prezident, Sizin ən önəmli təşəbbüslərinizdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi idi. Bu proqram 98 faiz icra olundu. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişləndi. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edildi. Bu da əlamətdar hadisə idi, dekabrın 24-də Siz öz ad gününüzdə böyük bir binanın açılışını da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam etdi və onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi".

Nazir S.Babayev sosial infrastruktur baxımından Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzlərinin tam fəaliyyətə başlamasını da diqqətə çatdırıb: "Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verildi. Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi istifadəyə verildi. Sosial infrastruktura geniş maliyyə təminatı yaradıldı. Ötən ildən davam edən işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sahil Babayev


loading...

Ən çox oxunanalar