Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini tarixi hamamda təmizlik işləri apardı - Fotolar

Sentyabrın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz məsuliyyətimizdir” adlı layihəyə başlanılıb.

Nazirlikdən veilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihənin ilk tədbirində iştirak ediblər.

İlkin olaraq layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid tikili – tarixi hamam binası ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Yerli əhəmiyyətli memarlıq abidəsində mühafizə lövhəsi yenilənib.

Mətbuata açıqlama verən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir:

“Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri apardıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”.

Anar Kərimov diqqətə çatdırıb ki, “İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləcək. O qeyd edib ki, hazırda respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir:

“Aparılan monitorinqlər nəticəsində aşkar olunan abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunması nəzərdə tutulub. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək. Bu sahədə özəl sektorun iştirakını təmin etmək niyyətindəyik. Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.

Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə öz minnətdarlığını bildiriblər. Qeyd olunub ki, hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.

Qeyd edək ki, layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar